2023-cü il virtual reallıq ili olacaq | Banco.az

2023-cü il virtual reallıq ili olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deloitte”in “Texnologiya, Media və Telekommunikasiya Proqnozları 2023” hesabatına əsasən, virtual reallıq tendensiyası sürətlə artır.

Banco.az xəbər verir ki, İngiltərənin idarəetmə konsaltinq şirkəti “Deloitte” texnologiya, media və telekommunikasiya sahəsində aparıcı tendensiyaları və bu tendensiyaların bütün dünyada bizneslərə və istehlakçılara necə təsir edəcəyini açıqlayan 2023-cü il üzrə “Texnologiya, Media və Telekommunikasiya (TMT) Proqnozları” hesabatını dərc edib.

Hesabatın diqqət çəkən məqamlarından biri virtual reallığın (VR) artmasıdır. Son zamanlar təhsil, sənaye, səhiyyə, oyun, müdafiə sənayesi, mədəniyyət və turizm, səyahət və əyləncə sahələrində geniş şəkildə istifadə edilən virtual reallıq şirkətlərin getdikcə daha çox sərmayə yatırdığı bir sahəyə çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

“Deloitte” tərəfindən hazırlanan sözügedən hesabata görə, 2023-cü ildə qlobal VR bazarı əvvəlki ilə nisbətən 50 faiz artaraq 7 milyard dollara çatacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et