2023-cü il üzrə “Türk iqtisadi icmalı” nəşr olunub | Banco.az

2023-cü il üzrə “Türk iqtisadi icmalı” nəşr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk iqtisadi icmalı”nın növbəti sayını təqdim edib. 2023-cü ilin yanvar-dekabr aylarını əhatə edən icmal iki bölmədən ibarətdir.

Birinci bölmədə Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payları təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb. Həmçinin, türk dünyasından keçən mövcud və planlaşdırılan nəqliyyat dəhlizləri əks etdirilib.

İcmalın birinci bölməsində TDT-ə üzv və müşahidəçi dövlətlərin ümumi baxış statistikasında qeyd olunub ki, 2022-ci il üzrə türk dövlətlərinin ÜDM-i 1537,0 milyard ABŞ dolları, ticarət dövriyyəsi 1192,7 milyard ABŞ dolları təşkil edib. 2023-cü il üzrə Türkiyə iqtisadiyyatı 4,5 faiz, Azərbaycan 1,1 faiz, Özbəkistan iqtisadiyyatı 6 faiz, Qırğızıstan iqtisadiyyatı 6,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 5,1 faiz böyüyüb. TDT-də müşahidəçi qismində iştirak edən Macarıstanda isə 2023-cü il üzrə 0,9 faiz iqtisadi geriləmə qeydə alınıb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 86,1 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 176.687,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 17.515,6 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 10.297,9 milyon ABŞ dolları) malikdir. 2023-ci ilin yanvar-dekabr ayları ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

“Türk iqtisadi icmalı”nın ikinci bölməsində isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin yanvar-dekabr ayları üzrə, Şimali Kipr Türk Respublikasının isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.

8 dildə təqdim olunan “Türk iqtisadi icmalı” statistik nəşrinin

Azərbaycan variantı ilə bu linkdən https://bitly.ws/3fVL7,

Ən sərfəli kredit üçün müraciət et