2022 numerologiyada necə şərh olunur? | Banco.az

2022 numerologiyada necə şərh olunur?

Bütün il qeyri-adi “mələk sayı” şüarı altında keçəcək!

Qısa xülasə: Numerologiya 1-dən 9-a qədər olan rəqəmlərin mənəvi və simvolik mənalarının olması fikrinə əsaslanan bir inanc sistemidir. Gələn ilin bizə nə vəd etdiyini başa düşmək üçün “ilin universal sayını” hesablamaq vacibdir – bu, onu təşkil edən bütün rəqəmlərin cəmidir. Bu rəqəm bizə ilin ümumi energetik fonunu və əsas xarakterini anlamağa kömək edəcək.

2022: 2 + 0 + 2 + 2 = 6. Bu o deməkdir ki, biz 2022-ci ilə sehrli altı rəqəmi ilə daxil oluruq. Və inanın, bu, əla xəbərdir. Müqayisə üçün deyək ki, 2021-ci il bizi tarazlığımızdan çıxaran və daim məyus edən beş rəqəmin təsiri altında keçdi, bu, sanki hər dəfə başımızı divara çırpmaq kimi idi. 2021 qəribə, qarışıq və qeyri-müəyyən il oldu. 

Altı rəqəminin bizə verdiyi enerji isə tam bunun əksidir. Bu, ilk növbədə, xeyirxahlıq və sabitlikdir. Bu, bilik və müdriklik qazanaraq irəliyə “doqquz”a doğru yönəlməyə hazırlıq mərhələsidir. Altı həmçinin numerologiyada valideyn fiquru kimi görülür və bugünlərdə ən çox ehtiyac duyduğumuz qayğı və şəfqətlə əlaqələndirilir. Ancaq hər bir valideyn kimi, o da ehtiyac duyduğunda öz  sərt üzünü göstərə bilər. “6” ailə bağlarına qüvvətlə istinad edəcək, ona görə də bütün il boyu pandemiya səbəbindən çoxdan görmədiyimiz qohumlarımızla daha tez-tez görüşmək arzusunu hiss edəcəyik.

Sevdiklərinizə daha tez-tez zəng edin və bir-birinizlə keyfiyyətli vaxt keçirin. Çoxları, bəlkə də, ailə quracaq, ciddi münasibətə girəcək və ya uzun bir münasibətdən sonra evliliyə qərar verəcək. Ancaq ən ciddi hesab etdiyiniz  tərəf müqabilinizlə münasibətiniz 2022-də sonlanarsa, bu o deməkdir ki, bu münasibət elə əvvəldən davam etdirilməyə layiq deyildi.

Ən sərfəli kredit üçün müraciət et

2 Brown Wooden Dice on White Surface

Beləliklə, 2022-nin universal rəqəmi son dərəcə müsbət vibrasiya daşıyır. Bəs üç dəfə təkrarlanan iki ədədi necə? Başlanğıcda dediyimiz kimi, təkrarlanan ədədlər çox zaman “mələk sayı” adlandırılır və 2022-də 2 rəqəmi 3 dəfə təkrarlanır. Numerologiyada iki tarazlığın sayıdır, sülh yaradandır. Bu, kompromis rəqəmi və ümumi dil tapmaq cəhdidir. Bu il birləşdirici il ola bilər, bu çox ümidvericidir, çünki bir çox məsələlərdə kifayət qədər fikir ayrılığının olduğu bir dövrdə yaşayırıq. 2022-ci il “mən” ili deyil, “biz” ilidir.

1lady.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et