2022 Dünya Çempionatının LOQOSU müəyyən edildi | Banco.az

2022 Dünya Çempionatının LOQOSU müəyyən edildi

Qətərin ev sahibliyi edəcəyi 2022 Dünya Çempionatınn loqosu FIFA tərəfindən açıqlanıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Qətərin bayrağına istinad edilərək hazırlanan loqoda sonsuzluq işarətinin üzərində “FIFA WORLD CUP Qatar 2022” yazısı ərəbcə və xüsusi motivdə yazılıb. Qətərli təşkilatçılara görə, bu motivlər eyni zamanda qış aylarında insanların geydiyi ənənəvi yun şarflardan ilham alınaraq düşünülüb.

Sonsuzluq işarəsi isə həmçinin matçların keçiriləcəyi 8 stadiounu da rəmzləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

32 komandanın qatılacağı turnir 21 noyabr – 18 dekabr tarixləri arasında həyata keçiriləcək və Qətər Dünya Çempionatına ilk dəfə ev sahibliyi edəcək. Bu tarixlərin seçilməsində səbəb isə Qətərin şiddətli istilərinə məruz qalmamaqdır.

FIFA yeni loqonun açıqlanması üçün tanıdım çarxı da yayımlayıb.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et