2022-ci ilin ən yaxşı smartfonları açıqlanıb | Banco.az

2022-ci ilin ən yaxşı smartfonları açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Banco.az xəbər verir ki, müvafiq reytinq sıralaması “Gizchina” portalına məxsusdur. Beləliklə, “Google Pixel 7 Pro” siyahıda liderliyi ələ alıb. Adı çəkilən smartfon digər cihazlardan orijinal dizaynı, yüksək keyfiyyətli şəkil və video çəkilişləri, eləcə də uzunmüddətli proqram dəstəyi ilə seçilir.

İkinci yerə “iPhone 14 Pro Max” modeli layiq görülüb. Cihazın kameraları onun əsas yenilik üstünlüyü kimi qeyd olunub. 

Üçüncü yerdə daxili "S-Pen” sensor qələminə, unikal kamera dəstinə sahib “Samsung Galaxy S23 Ultra” modeli qərarlaşıb.

Dördüncü sırada fərqli dizayn, yüksək səviyyəli performansı və keyfiyyətli kameraları ilə seçilən "Xiaomi 12S Ultra" modeli yer alıb.

Nəhayət siyahının sonuncu bölməsini "Hasselblad" kameraları ilə təkmilləşdirilmiş  “OnePlus 10 Pro” smartfonu tamamlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et