2022-ci ilin ən yaxşı 10 reklamı! | Banco.az

2022-ci ilin ən yaxşı 10 reklamı!

Müəllif: Tamara Mustafayeva, Banco.az

Reklam agentlikləri bu il hazırladıqları reklam çarxları ilə yaradıcılıqlarını bir daha göstəriblər.

Banco.az sizin üçün başa vurmağa hazırlaşdığımız ilin ən yaradıcı və ruhlandırıcı reklamlarını bir araya toplayıb.

Samsung

"Samsung: Love hurts– the spider (Rear Window)" adlı reklam çarxına tamaşa edərkən göz yaşınızı saxlaya bilməyəcəksiniz. Dorian & Daniel tərəfindən hazırlanan bu emosional reklamda Samsung Galaxy S22 smartfonuna aşiq olmuş bir hörümçəkdən bəhs edilir.

Doritos

Əsasən “Megan Thee Stallion” ləqəbi ilə tanınan məşhur amerikalı rep sənətçisi Meqan Pitin baş rolda çəkildiyi “Doritos”un 2022 Super Bowl reklamı mütləq siyahıda olmağa layiqdir. Burada 80-90-cı illərin yaddaşlara həkk olunmuş və elektronika və rok musiqisinin ən yaxşı hitlərindən biri olan Salt-N-Pepa-nın “Push It” mahnısı yer alır.

Türk Hava Yolları

"Xəyallarınızdakı yerlər düşündüyünüzdən də yaxındır!" şüarı ilə yayımlanan reklam filmində məşhur amerikalı aktyor Morgan Friman çəkilib.

Apple

“Apple”ın “911” adlı kədərli reklam filmi də mütləq bu siyahıda olmalıdır. Reklamda “Apple Watch”un fövqəladə hallarda həyat qurtaran xüsusiyyəti vurğulanır.

Meta Quest

İllər əvvəl dağılan qrup yenidən birləşə bilərmi? Bəlkə fiziki aləmdə olmasa da, virtual aləmdə bu mümkündür. “Meta”nın 2022 Super Bowl reklamı ruhumuzun dərinliklərinə toxunmağı bacarır.

Pringles

Ən sərfəli kredit üçün müraciət et

Bir çoxumuz yəqin ki, müəyyən vaxtlarda silindr formalı “Pringles” qutuları ilə problem yaşamışıq. Xüsusilə, qutunun dibindəki çipsləri götürmək bəzən əsl əzab ola bilir. 2022-ci ildə qarşılaşdığımız bu reklam çarxı qutusunun dibindəki son çipslərə çatmağa çalışarkən əli sıxılan bir adamın "möcüzəli" həyatını təsvir edir.

Nissan

Ketrin O'Hara, Kreyq Gillespi, Danai Qurira, Deyv Bautista, Yevgeni Levi kimi məşhurların çəkildiyi bu reklam filmi bizi Levinin heyrətləndirici aksion səhnələri ilə qarşılayır.

Lay`s

Pol Radd və Set Rogenin iştirak etdiyi Super Bowl reklamında Lay's iki adi dostun o qədər də adi olmayan xatirələrini ekranlaşdırır.

Apple

Yeni iPad Air-in çox yönlü xüsusiyyətlərini ortaya qoyan reklam çarxı iki tələbənin olduqcaiddialı prezidentlik yarışından bəhs edir.

BMW

BMW-nin "Zeus & Hera" reklam çarxında dünyaca məşhur aktyorlar Arnold Şvartsenegger və Salma Hayek Pino çəkilib. Şvartsenegger qədim yunan ildırım tanrısı Zevs, Hayek isə Kaliforniya ştatının Palm Springs şəhərində sakit həyata dönmək üçün Olimp dağını tərk edən ilahə Hera rolunu oynayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et