Müəllif - Aida İsaq, Banco.az
Türkiyədə 2022-ci ildə 1 milyon 119 min 615 avtomobil, 10 milyon 3 min 696 məişət soyuducu və dondurucu, 10 milyon 8982 günəş batareyası və 399 min 272 motosiklet istehsal edilib.
Banco.az xəbər verir ki, 2022-ci ildə müəssisələr tərəfindən istehsal olunan məhsulların satışı 8 trilyon 922 milyard 683 milyon TL olub. Bu dəyər 2021-ci ildə 4 trilyon 209 milyard 578 milyon TL olduğu halda, 2020-ci ildə 2 trilyon 492 milyard 754 milyon TL olub.
2022-ci ildə müəssisələr tərəfindən istehsal olunmuş məhsulların satış dəyərinin 12,8 faizini əsas metal sənayesi məhsulları təşkil edib. Onu 12,7 faizlə yeyinti sənayesi məhsulları, 7,8 faizlə motorlu quru nəqliyyat vasitələri, qoşqu və yarımqoşqu (yarıqoşqu) istehsalı, 7,5 faizlə toxuculuq sənayesi məhsulları izləyir.
İstehsaldan əldə edilən satış dəyərinin 2,9%-ni yüksək texnologiyalı məhsullar təşkil edib
Bizi sosial şəbəkələrdən izləyin!!