2022-ci ildə sosial medianın gündəmində hansı mövzular olub? | Banco.az

2022-ci ildə sosial medianın gündəmində hansı mövzular olub?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Gəlin 2022-ci ildə sosial mediada gündəmə gələn mövzuları xatırlayıb ötən ili yekunlaşdıraq.

Banco.az bir neçə gün sonra başa vurmağa hazırlaşdığımız ilin mühüm gündəm mövzularını təqdim edir.

Yanvar

“Meta” şirkəti insanların bir çox stimullaşdırıcı modelləri birləşdirərək bütöv formanı şərh edə biləcək yeni bir süni intellekt modeli üzərində işlədiklərini açıqladı.

Fevral

“Meta” şirkəti tabeliyində olan “Instagram” və “Facebook” tətbiqlərinə əlavə etdiyi yeniləmələrlə 3D avatarlarını sosial mediaya uyğunlaşdırmağa başladı.

Kriştiano Ronaldo “Instagram”da 400 milyon izləyiciyə çatan ilk şəxs oldu.

“Instagram” IGTV funksiyasını bağlamaq qərarına gəldi.

Mart

“TikTok” platforması video müddətini 3 dəqiqədən 10 dəqiqəyə qədər artıracağını açıqladı.

“Twitter” podcast məzmunu üçün xüsusi bölmə üzərində işləməyə başladı.

Aprel

İlon Mask “Twitter”in ən böyük səhmdarına çevrildi və platformanı satın aldığını açıqladı.

“WhatsApp” icmalar funksiyasını aktivləşdirdi.

May

“Google” şirkəti “YouTube Go” tətbiqini bağlamaq qərarına gəldi.

Cek Dorsi əsasını qoyduğu “Twitter”i tərk etdi. 

“TikTok” yeni interfeysi sınaqdan keçirməyə başladı.

İyun

“WhatsApp” reaksiyalar funksiyasını genişləndirmək qərarına gəldi.

“Instagram” platformada yeganə video formatın “Reels” olacağını açıqladı.

Mark Zukerberq Instagram istifadəçilərinin şəxsi mesaj vasitəsilə ödəniş edərək məhsul ala biləcəyi yeni funksiyanı təqdim etdi.

Ən sərfəli kredit üçün müraciət et

İyul və avqust

“Twitter” yeni interfeys dizaynını sınaqdan keçirməyə başladı.

“TikTok” reklam hədəfləmə məlumatlarını istifadəçilərlə bölüşməyə başladı.

“WhatsApp” onlayn ərzaq alış-verişini təmin edəcək funksiyası üçün “Jio” ilə əməkdaşlığa başladı.

Sentyabr

“Meta” sosial media platformaları vasitəsilə daha çox pul qazanmağa diqqət yetirəcək "Monetizasiya Təcrübələri" adlı bir bölmə yaratdı.

“Instagram” Reels vasitəsilə gəlir gətirəcək "Hədiyyələr" funksiyasını işə saldı və “Hekayələr” bölməsinin müddətini 1 dəqiqəyə qədər artırdı.

Oktyabr

“Meta” şirkəti “Facebook” və “Instagram” üçün NFT funksiyasını elan etdi.

İlon Mask rəsmi olaraq “Twitter”i satın aldı və dörd yüksək vəzifəli meneceri işdən çıxardı.

“Instagram” profillərə musiqi əlavə etmək funksiyasını sınaqdan keçirdi.

Noyabr

İlon Maskın təsdiq edilmiş hesablar vasitəsilə gəlir əldə etmək üçün onlardan “Twitter Blue” paketinə abunə olmalarını tələb etməsi gündəmdə idi.

“WhatsApp” qruplara daha çox nəzarət imkanı verən İcmalar funksiyasını işə saldı.

“YouTube”un reklam gəlirləri keçən illə müqayisədə 1,9 faiz azaldı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et