2022-ci ildə Rusiyada milyarderlərin sayı azalıb | Banco.az

2022-ci ildə Rusiyada milyarderlərin sayı azalıb

​Müəllif - Aida İsaq, Banco.az

Rusiyada milyarderlərin sayı 2022-ci ildə 88-ə düşüb.

Banco.az xəbər verir ki, bu barədə “Forbes jurnalı” məlumat yayıb. Sərvətini azaldan milyarderlərin siyahısına 11,1 milyard dollar zərərlə "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşov başçılıq edir. 2022-ci ilin dekabrına onun sərvəti 18,4 milyard dollar səviyyəsində müəyyənləşib.

Həmçinin “Wildberries” şirkətinin yaradıcısı Tatyana Bakalçuk sərvətinin böyük hissəsini yəni 8,3 milyard dollar itirərək 4,7 milyard dollarla kifayətlənib.

Bundan başqa, Oleq Tinkov, Roman Abramoviç, Vaqit Ələkbərov, Leonid Fedun, Viktor Vekselberq, Gennadi Timçenko, Leonid Mixelson və İqor Altuşkin kasıblayan milyarderlərin onluğuna daxil olublar.

Ümumilikdə isə Rusiyada 35 nəfər milyarder statusunu itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et