2022-ci ildə Azərbaycanda ÜDM 4% artacaq | Banco.az

2022-ci ildə Azərbaycanda ÜDM 4% artacaq

2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 4%, inflyasiya 11,6% təşkil edəcək. Bu göstəricilər “Focus Economics”in analitiklərinin proqnozlarında öz əksini tapıb.

"Focus Economics”in iyul konsensus-proqnozuna əsasən, Azərbaycan 2022-ci ildə ÜDM-in artım templərinə görə MDB+ regionunun aparıcı ölkələrinin ilk üçlüyünə daxil olacaq.

“MDB+ regionunda ÜDM üzrə ən yüksək artım Gürcüstanda (4,1%), Azərbaycanda (4%) və Özbəkistanda (4%) proqnozlaşdırılır. Lakin bu ölkələrdə ÜDM-in artım tempi ötənilki göstəricilərdən xeyli geri qalacaq”, - deyə “Focus Economics”in analitikləri hesab edirlər.

Onların qiymətləndirmələrinə görə, 2022-ci ildə bu üç ölkədə inflyasiya sürətlənəcək: Azərbaycanda və Gürcüstanda 11,6%, Özbəkistanda 11,4% təşkil edəcək.

“Focus Economics” bu il MDB+ ölkələrində ÜDM-in 8,3% azalacağını proqnozlaşdırır. “Ən çox azalma Ukrayna iqtisadiyyatında özünü göstərəcək, RF iqtisadiyyatında da tənəzzül baş verəcək, qalan ölkələr isə pul köçürmələrinin həcminin azalacağını, xarici tələbatın zəifləyəcəyini və inflyasiyanın artacağını müşahidə edəcəklər”, - deyə analitiklər qeyd ediblər.

Ermənistanda ÜDM-in artım tempi 2021-ci ilin yekunları üzrə 5,7%-dən 2022-ci ildə 1,7%-ə qədər ləngiyəcək.

Ən sərfəli kredit üçün müraciət et

2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya 6,7% təşkil edib.

Azərbaycan hökuməti cari ildə inflyasiyanı 12,5% səviyyəsində gözləyir. 2022-ci il üçün ÜDM-in artım tempi üzrə ilkin proqnoz 3,9% təşkil edirdi.

İnterfaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et