2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək | Banco.az

2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək

2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov belə hesab edir.

“Valyuta bazarında təklifin artması və tələbin azalması müşahidə olunur. Bu da öz növbəsində, məzənnənin sabitliyini təmin edir”, - deyə Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, aprel ayından etibarən valyuta hərraclarında təklif tələbi üstələyir.

Rüstəmov vurğulayıb ki, 2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək.

Bununla yanaşı, onun fikrincə, belə vəziyyət Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertlər üzrə plan tapşırığını yerinə yetirmək üçün hərraclarda valyutanı tam həcmdə sata bilməməsinə səbəb ola bilər.

İnterfaks

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et