2020-ci ilin trendləri olan video YAYIMLANDI | Banco.az

2020-ci ilin trendləri olan video YAYIMLANDI

Aida İsaq, Banco.az

YouTube hər ilin sonunda ötən ilin xülasəsi olan "YouTube Rewind" adlı video paylaşımı həyata keçirir. Dünyanın ən böyük onlayn canlı yayım xidmətlərindən biri olan "Twitch"-in "Youtube Rewind"-ə oxşar məzmunu yoxdur. Ancaq "MTee" adlı youtube kanalı bu çatışmazlığı aradan qaldırmaq üçün yaratdığı "Twitch Rewind 2020" videosunu paylaşaraq qısa müddətdə diqqət mərkəzinə çevrilməyi bacardı. "MTee"-nin "Twitch Rewind" videosu ümumiyyətlə il ərzində "Twitch" və yayımçıları ilə əlaqəli kritik hadisələri, platformada zaman-zaman populyarlaşan məzmunları əyləncəli şəkildə sıralayır. Bu şəkildə 2020-ci ildə "Twitch"-dən ayrılan yayımçılardan kanal adlarını dəyişdirən əsas yayımçılara qədər əhəmiyyətli hesab edilə biləcək bütün hadisələri izləyə bilirsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et