2020-ci ilin məşhur ifadəsi açıqlandı | Banco.az

2020-ci ilin məşhur ifadəsi açıqlandı

Collins ingilis dilinin izahlı lüğətinin naşirləri 2020-ci il üzrə özlərinin şort-listini təqdim ediblər.

Siyahıda 10 sözdən 6-sı pandemiya ilə bağlıdır. Bu isə təəccüblü deyil, görünür pandemiyanın parıltısı nəinki insanların həyatına, eləcə də dilə təsir edib.

Amma insanlar bu il coronavirus (koronavirus) sözündən ötən illə müqayisədə 35 000 dəfədən çox istifadə etsələr də Collins-in reytinqinə o başçılıq edə bilməyib.

Reytinqin lideri isə lockdown (kilidlənmə) olub. Bu isə ona görə idi ki, bütün dünyadakı insaları epidemiyanın təsirindən qurtarmaq sadəcə bununla mümkün idi. Tərtibçilər bu kəlmə ilə sərt tədbirləri nəzərdə tuturlar, məsələn, insanlar arasında sosial qarşılıqlı əlaqə azaldıldı, ictimai yerlərə girişə məhdudiyyətlər qoyuldu, eləcə də səyahət məhdudiyyətləri yarandı. Təkcə 2020-ci ildə bu sözdən 250 000 dəfə istifadə edilsə də, 2019-cu ildə isə bu rəqəm sadəcə 4000 olub.

Yazıçı Devid Şariatmadarinin sözlərinə görə, bu termin (klidlənmə) bizə türmə leksikonundan gəlmədir. Qaydalara tabe olmayan məhkumlar üçün cəza tədbiri nəzərdə tutulurdu.

Şortlistə, coronavirus (koronavirus) ifadəsindən başqa, BLM (Black Lives Matter) abbrebiaturası, key worker (açar işçilər-bura cəmiyyətin həyatında mühüm rol oynayan peşə sahələri daxilir, polis işçisi, yanğınsöndürən, həkim və s, furlough (işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi də daxil olmaqla, ştat işlərin müvəqqəti ixtisar edilməsi, self-isolate (özünütəcrid), social distancing (sosial məsafə), Megxit (Meqzit, Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın saray səlahiyyətlərindən imtina etməsi), TikToker (TikToker, qısa videoların mübadiləsi xidməti olan TikTok-un istifadəçiləri), mukbang (mukbanq, Koreya dilindən çox miqdarda yemək yeyərək onun videosu və canlı yayımını təşkil etmə) daxil olub.

Ən sərfəli kredit üçün müraciət et

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et