2020-ci ildə ən yaxşı qrafik kartlarının reytinqi yeniləndi | Banco.az

2020-ci ildə ən yaxşı qrafik kartlarının reytinqi yeniləndi

Bahalıdan ucuza qədər.

PC Gamer jurnalı 2020-ci ilin ən yaxşı qrafik kartlarını sıralayıb. Siyahıda ən sürtəli bahalı video kartları və ən büdcəli video kartlar yer alıb. 

Mütəxəssislər video kartı seçərkən alıcıya "buna nə qədər pul xərcləməyə hazıram?" ilk olaraq bu sual üzərində düşünməyi məsləhət görürlər. 

Burada cavab sadədir: GPU-ya nə qədər çox pul xərclənərsə, o qədər yüksək oyun performansı təmin edə bilər. 

Kompüterin prosessorunun güclü bir video kartı ilə işləmək üçün uyğun olduğundan da əmin olmaq lazımdır.

Hazırda mövcud olan ən sürətli PC gamer modeli olaraq NVIDIA GeForce RTX 2080 Ti göstərilir. Bu qrafik kartı müasir oyunların tələb etdiyi hər şeyi təmin edə bilər. NVIDIA GeForce RTX 2070 Super münasib qiymətə 4K-da oyunlar üçün ən yaxşı model olduğu bildirilir. 

AMD Radeon RX 5700 1440p oyun üçün ən yaxşı seçimdir. 1080p oyun üçün isə AMD Radeon RX 5600 XT ideal variant olduğu deyilir. Büdcəli video kart arasında isə 250 dollaradək qiymət aralığında olan NVIDIA GeForce GTX 1660 Super ən yaxşısı müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən yaxşı ucuz video kart isə NVIDIA GeForce GTX 1650 Super-dir.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et