2019-cu ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 33.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 103.9 mln. manat, ödənişlər isə 21.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28.9 mln. manat, ödənişlər isə 11.8 mln. manat olub.
2019-cu ilin yanvar-fevral aylarında sektor üzrə məcmu sığorta haqlarının 78.2%-i könüllü, 21.8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 64.4%-i könüllü, 35.6%-i icbari sığorta növləri hesabına formalaşıb.