2019-cu ilin ən maraqlı 5 marketinq trendi | Banco.az

2019-cu ilin ən maraqlı 5 marketinq trendi

2019-cu il: süni intellekt, yeni tətbiqlər və vizual axtarış sisteminin təkmilləşmə zamanı kimi qiymətləndirilə bilər.

1. Vizual axtarış sistemi  

Vizual axtarış sistemi- sürətlə inkişaf edən bir trendə çevrilib. İstifadəçilər artıq anında qarşılarında gördükləri hər hansı bir əşyanın adını öyrənmək istəyir. Pinterest tələbatı nəzərə alaraq, 2018-ci ildə Lens adlı funksiya tətbiq etdi. Lens - fiziki obyektlərin axtarışını təmin edir. İstifadəçilər bu funksiya sayəsində hər hansı bir əşyanın üzərinə kameranı gətirərək, əşyanın adı ilə bağlı müxtəlif cavablar əldə edirdilər. Google da, Lens funksiyasını tətbiq etmişdir. Pinterest istifadəçiləri hər ay 600 milyon dəfə Lens funksiyasından yararlanır.  Artıq ASOS brendi də, yeni cihazlarını vizual axtarış funksiyası ilə təchiz edir.

 

2. Süni intellekt və interaktiv interfeys

Məlumatların çox olması, marketoloqlara lazımlı olduğu kimi əlavə problemlər belə yarada bilir. Bu məsələdə marketoloqların işini "vizuallaşdırma" asanlaşdıra bilər. Qrafiklər, çartlar və cədvəllər real zaman kəsiyində yenilənərək, maksimal olaraq biznesinizə sərf ediləcək vaxtınıza qənaət edə bilər.

 

3. Z dövrünün mallarının marketinqi

Ən sərfəli kredit üçün müraciət et

Bloomberg şirkətinin hesablamalarına görə 2019-cu ildə Z dövrü (rəqəmsal insanların erası) başlayır. Bu nə deməkdir? Bütün brendlər Z dövrünün malları ilə işləməyə vadar olacaq.

Ən əsas və birinci, videoların yerləşdirilməsinə fikir vermək önəmlidir. Z dövrünün nümayəndəsi, hər gün 68 videoya baxır. Yaddan çıxarmayaq ki, kontent maksimum olaraq qısa və yadda qalan olmalıdır. Müasir insan, vaxtını qısa və maraqlı kontentin mənimsənilməsinə sərf edir. Bu səbəbdən, vizual görüntünün düzgün seçimi və hər bir platformaya uyğun olaraq yerləşdirilməsinin mütləqdir.

 

4. Personallaşdırılan ismarıclar

EmailMonks mütəxəssisi Kevin Corc hesab edir ki: Elektron poçtların gələcəyi – real zaman kəsiyində personallaşdırılmış məlumatların analizindədir. Marketo forumunun apardığı araşdırmaya əsasən müəyyən edilmişdir ki, ümumi göndərilən ismarıclara nisbətən məhz personallaşdırılan ismarıclar daha effektiv hesab edilir.

 

5. Xüsusi dizayn

Hər birimiz iStock foto-bankının sərfəli olması faktını bəyənirik. Lakin danılmaz faktdır ki, platformanın özünə məxsus dizaynı 7 dəfə daha artıq diqqət cəlb edə bilir. 2018-ci ildə bir çox brendlər kontentin çatışmamazlığını infoqrafikanın sayı ilə kompensasiya etməyə çalışdılar. Lakin 2019-cu ildə bu tip manipulyasiyalar dəstəklənməyəcək.