İlin əvvəlindən bu günədək Azərbaycanın milli domen zonasında 11 min 911 domen qeydiyyatdan keçirilib.
Bununla da milli domen zonasında qeydiyyatda olan saytların ümumilikdə sayı 34 min 68-ə çatıb.
Hazırda ".az" domenində qeydiyyatda olan saytların sayı 31 min 737-dir. Azərbaycanda ikinci ən çox müraciət olunan domen isə “.com.az”dır. Bu domendə 1318 sayt qeydiyyatdan keçirilib.
Qeyd edək ki, 2019-cu il ərzində ölkəmizin milli domen zonasında 9 min 557 domen ləğv edilib.
Ted.az