2018-in MİLYONÇU KİÇİK BİZNESLƏRİ HANSILARDIR? | Banco.az

2018-in MİLYONÇU KİÇİK BİZNESLƏRİ HANSILARDIR?

Hər il təkrarlanan üçüncü “Small Giants” ənənəvi sıralanmasında Forbes bu dəfə də 2018-in ən uğurlu kiçik bizneslərini gəlirlərinə görə sıralayıb. Sıralanmada işçilərinə M.B.A tərzində kurslar keçən dondurma istehsalçısını, məhbuslar üçün hava kresloları istehsal edənləri və daha kimləri tanıyacaqsınız. Bütün siyahı üzvləri ən az 10 yaşında, özəl və olduqca gəlirli şirkətlərdir.

 

Vital Farms
TƏSİSÇİ: Matt O'Hayer
2017 Gəlİrlər: $100 mİLYON
Çalışan sayı: 110

Matt O’Hayer daha yaxşı yumurtaların sirrini bilirdi. Uşaqlıqdan kənd təsərrüfatı ilə məşğul olan sahibkar, olduqca ağıllı bir taktika ilə həm müştəriləri asanlıqla qazandı, həm də investorları cəlb etdi. 2007-ci ildə, Vital Farms-ın ilk toyuq hinləri hazırlanarkən, O'Hayer Amazon Fresh, Kroger, Walmart and Target kimi təchizatçıların təcrübələrindən istifadə edərək, hətta daha ucuz qiymətlərlə bazara çıxdı.

 

D'Artagnan
TƏSİSÇİLƏR: Ariane Daguin (CEO), George Falson
2017 Gəlİrlər: $121 MİLYON
Çalışan sayı: 280

İlk başlarda biznes olaraq düşünməmişdi bu ideyanı, Ariane Daguin, bu işə başlayarkən. 1985-ci ildə məqsəd antibiotiksiz, təbii və “fermadan evə” ət sənayesinin formalaşdırılması idi. Atasının Fransadakı restoranını böyütməyə çalışarkən yeni fransız inqilabı edəcəyindən xəbərsiz idi. Sadəcə bir yük maşını və iki çalışanla yola çıxan sahibkar, Nyu-York şəhəri də daxil olmaqla bir çox şəhərdə restoranlar şəbəkəsi qurdu. Kiçik fermerlərlə çalışan Daguin tam təbii bitkilərlə və tərəvəzlərlə qidalanan toyuq və quzu ətini müştərilərə çatdırır.

 

Amy's ice Creams
TƏSİSÇİ: Amy Simmons
2017 Gəlİrlər: $9 mİLYON
Çalışan sayı: 260

Amy's Ice Creams məktəb yaşlı çalışanların üzləşdiyi ümumi problemi həll etdi. Bu işdən çıxma və ya qovulma idi. Amy çalışanları sadəcə dondurma satmaq üçün təkmilləşdirmirdi. Bütün çalışanlara liderlik və menecment öyrədilirdi. "MBAmy" adlandırılan bu system bütün işçilərə özlərini inkişaf etdirmək şansı tanıyırdı. Amy-nin 34 illik uğur hekayəsinin sirri daimi inkişafdan qaynaqlanır.

Ən sərfəli kredit üçün müraciət et

 

COMFORT RESEARCH

TƏSİSÇİlər: CHIP GEORGE, MATT JUNG
2017 gəlİRLƏRİ: $73 mİLYON
ÇALIŞANLAR: 220

Chip George və Matt Jung-ın kollec illərində qurduğu Comfort Research-ün, hava kresloları istehsal edən şirkətin devizi “hər kəs üçün comfort”-dur. Gəlirlərinin 10%-ini yerli xeyriyyələrə sərf edir. 21 illik təcrübəsinin 19 ilini gəlirli keçirən bu şirkət, məhbuslar da daxil iş tapmaqda çətinlik çəkən insanları dəstəkləyir.

 

Marlin Steel
CEO: Drew Greenblatt
2017 gəlİrlər: $5 mİLYON
Çalışanlar: 32

1998-ci ildə işə başlayarkən işlərdə bəzi problemlər var idi. Birincisi, insanların çörəyə olan tələbatı azaldığı üçün, daha az çörək səbətlərindən istifadə olunurdu. İkincisi, çinli istehsalçılar, Marlin məhsulundan daha ucuz səbətlər istehsal edirdi. Bu qədər çətinliyin arasında Boeing-dən sürpriz sifariş alan Marlin sifarişdən sonra yenidən yaradıldı, sanki. Hazırda təyyarələr, hərbi müdafiə, səhiyyə və maşınqayırma sənayesi üçün materiallar hazırlayan şirkət, mexanika mühəndisliyi üzərindən çalışanlarına özünüinkişaf şəraiti yaradır.

 

Uncommon Goods
TƏSİSÇİ : Dave Bolotsky (CEO)
2017 GƏLİRLƏR: $60 milyondan çox
ÇALIŞANLAR: 200

1999-cu ildə Dave Bolotsky, Goldman Sachs-ın keçmiş icraçı direktoru, online topdan satış platformasını yaratdı. Uncommon goods-da  hədiyyələr, zinyət əşyaları, ev aksessuarları da daxil olmaqla bir çox məhsul müştərilərə təqdim edilir. Şirkətin kataloqu yenidən istehsaldan keçmiş kağızdan istehsal olunur və siz saytda xəz, dəri, mirvari və digər buna yaxın materiallardan məhsul tapa bilməzsiniz.

Sevinc Hüseynova, banco.az