Bilindiyi kimi, hər il “Google” şirkəti ötən ilin ən populyar axtarış nəticələrini yayımlayır. Bu il də ənənəsinə sadiq qalan şirkət 2018 – ci il üzrə Google – da ən çox axtarılanların reytinqini dərc edib.
Təəccüblü deyil ki, 2018 – ci ilin ən çox axtarış edilən hadisəsi futbol üzrə dünya çempionatı olub. İkinci pillədə İsveçli DJ Avicii qərarlaşarkən, Mac Miller, Stan Lee və Black Panther müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri bölüşüblər. Dünya üzrə ən çox axtarış edilən xəbərlərə nəzər saldıqda isə görürük ki, 2018 – ci ildə ən çox axtarılan Dünya Kubokunu “Florensiya” qasırğası, “Mega Millions” lotereyasının nəticələri, Krallıq toyu və seçki nəticələri ilə bağlı xəbərlər izləyib.
Ümumiyyətlə isə, “Google” şirkəti qeyd edir ki, dünya üzrə insanlar bu il əsasən “yaxşı” axtarışında olublar. “Dünyadakı yaxşı şeylər”, “yaxşı xəbərlər”, “necə yaxşı vətəndaş olmaq olar” və s.
Ötən il biz həmçinin “necə” sualına cavab axtarmışıq. Bildirilir ki, ABŞ – da ən çox axtarılan “necə” sualı əsasən “səs vermə üçün necə qeydiyyatdan keçmək olar” tipli məsələlərə aid olub. Taylandda mağarada itkin düşən futbol komandasını xilasetmə tədbirləri zamanı dalğıcın həyatını itirməsindən sonra isə insanların əksəriyyəti “yaxınlıqdakı dalğıclıq dərsləri” – ni axtarıblar.
Bəs, siz ötən il ən çox nəyi axtarmısınız?
Həmçinin oxu: Google-dan orada işləmək istəyənlərə VACİB MƏSLƏHƏTLƏR
Tamara Mustafayeva, Banco.az