2019-cu ilin qeyri-iş günləri açıqlandı: https://bit.ly/2VaXRDt
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, gələn ilin iş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart –Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.
Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür
Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.
İyun ayında iki bayram üst-üstə düşdüyünə və eyni zamanda ayın 16-sı həftənin şənbə gününə təsadüf etdiyinə görə, əlavə iki (18, 19 iyun) gün də qeyri-iş günü olacaq. Yəni 15, 16, 17, 18, 19-u qeyri-iş günü hesab olunur. İyunun 20-dən etibarən iş başlayacaq
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun tarixləri istirahət günləridir. 2018-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günüdür. Beləliklə, Novruz bayramı üçün 7 günlük tətil nəzərdə tutulub.
Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan prezidentinin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan prezidentinin seçki günü kimi nəzərə alınır.
Qeyd edək ki, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir. 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “2018-ci ilin İstehsalat təqvimi” bölməsində də təqdim olunur.
İş tampaq üçün bu səhifəyə daxil olun - http://banco.az/az/jobs
Kredit əldə etmək üçün bu səhifəyə daxil olun - http://banco.az/az/online-order
Ən son xəbərləri izləmək üçün bu səhifəyə daxil olun - http://banco.az/az/allnews
İş tapmaq üçün İlk öncə ən vacib gözəl və baxımlı CV-nin olmasıdır. Möhtəşəm CV-yə sahib olmaq üçün buraya klik edin - CV Master