2018-ci ilin ilk rübündə bankların kapital adekvatlığı necədir? | Banco.az

2018-ci ilin ilk rübündə bankların kapital adekvatlığı necədir?

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.

Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, kapital adekvatlığı əmsalı 10%-ə, leverec əmsalı 5%-ə endirilmişdir. 

Banco.az olaraq 2018-ci ilin birinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:

Banklar

 Kapital adekvatlığı

 
 

Bank Avrasiya

63,38%

 

Günay Bank

36,75%

 

Bank VTB

35,39%

 

Rabitəbank

32%

 

Nikoil Bank

29,62%

 

AzərTürkBank

28,57%

 

NBC Bank

28,6%

 

Express Bank

28%

 

AFB Bank

27,7%

 

Ziraat Bank

26,72%

 

Bank BTB

26,14%

 

YapıKrediBank

24,5%

 

Bank Silkway

21,09%

 

Azərbaycan Beynəlxalq Bankı

20,54%

 

ASB Bank

18,68%

 

TuranBank

17,7%

 

Xalq Bank

17,01%

 

AmrahBank

16,01%

 

Muğan Bank

15%

 

Paşa Bank

13,7%

 

AtaBank

13,57%

 

Unibank

13,56%

 

Kapital Bank

13,45%

 

Bank Respublika

12,01%

 

Bank of Baku

7,11%

 

AG Bank

6,92%

 

AccessBank

4,72%

 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Muğan Bankın kapital adekvatlığı hesabatında göstərilməmişdir.

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et