2018-ci ilin əsas marketinq trendləri - TOP 10 | Banco.az

2018-ci ilin əsas marketinq trendləri - TOP 10

Hazırda dünyada marketinq daim dəyişir. Xüsusilə də sosial medianın müasir şəraitində, avtomatlaşdırılmış reklam texnologiyalarında və kütlə analizlərində bunu müşahidə etmək olur.

Facemark.az “Forbes” nəşrinə istinadən xəbər verir ki, brendlər öz hədəf kütlələrinə çatmaq üçün bu marketinq trendlərində baş verən dəyişiklikləri öz işlərində tətbiq etməlidirlər. Çünki, müasir istehlakçı daha çox məlumatlıdır və reklamlara şübhə ilə yanaşır.

Bütün bunları həyata keçirmək üçün sizə hazırki trendləri təqdim edirik:

Virtual reallıq

Virtual reallıq (VR), böyük və kiçik brendlər üçün marketinq aləti kimi getdikcə daha da adiləşir. VR, brendinizin mesaj çatdıra bilməsi və targetinizə çatması üçün əhəmiyyət daşıyır. “Stribling & Associates” şirkətinin rəsmisi Ashley Murphyin fikirincə, VR marketinq bu günün gündəmindədir və şirkətlər də adıçəkilən trendi işlərində tətbiq etməlidirlər.

İnteraktiv məzmun

B2B (Business-to-business) metodu ilə işləyən brendlərin əksəriyyəti özlərinin kontent marketinq strategiyası kimi bloq kontentinə və PDF kontentinə (ağ kağızlar və bələdçilər) etibar edirlər. Onlar isə digər marketinq trendlərində olduğu kimi, bunu potensial müştəri axtarışı üçün edirlər.

Perficient Digital şirkətinin rəhbəri Erin Moloney deyir ki, bu il interaktiv veb üsullar, yəni düşüncə liderliyi məzmununu daha cəlbedici, hərəkətli, vizual yollarla diqqətcil istehlakçıya çatdırılması marketinq trendləri arasında lider olacağı gözlənilir.

Pinterest

“Y Digital Agency” şirkətinin sözçüsü Adam Durfee isə bu fikirdədir ki, “Pinterest” geniş sosialmedia platforması olmasına baxmayaraq, bu ilin marketinq trendləri arasında yer alacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, məhz “Pinterest” 2018-ci ilin marketinq trendləri arasında uğur qazanacaq: “Foto məzmunun çeşidinin çox olması, platformanın funksiyalarının çoxluğu, müştərilərlə əlaqə saxlamaq və məhsullarınızı yerləşdirmək, müştərilərə xidmət, brendin öz tərzini istehlakçıya çatdırmaq üçün “Pinterest” əla imkan verir”.

Süni intellekt

“Frost Valley YMCA” şirkətinin rəsmisi Amanda Hinski isə deyir ki, süni intellekti mənimsəyənlər artıq onun istifadəçi sayını artırmaq üçün bir vasitəsi olduğunu başa düşürlər: “Bununla belə, süni intellektə səhifənin söhbət bölməsi və ya “Facebook Messenger” ilə inteqrasiya edildikdə, brendin daha çox targetinin kreativ və anlaşılabilən olması tələb ediləcək. Süni intellekt hələ də müştərinin ehtiyaclarını və problemlərini bir insan agenti kimi ələ almaq məcburiyyətindədir. Bu, süni intellekt təcrübəsinin müştəriləri məmnun edib etmədiyini aşkara çıxarır”.

Ən sərfəli kredit üçün müraciət et

İstifadəçi tərəfindən yaradılmış məzmun

“Növbəti il, müştərilər brendlərdən etibarlılıq istəyəcəklər. Bizim öncəki araşdırmalarımız göstərir ki, müştərilərin 86%-i bildirir ki, brend barədə qərar verərkən etibarlılıq önəmlidir. 60%-i isə bu fikirdədir ki, istifadəçi tərəfindən yaradılmış məzmun (İYM), əksər məzmunlardan daha etibarlıdır. Etibarlı və cəlbedici İYM-ə inteqrasiya etməklə çoxkanallı marketinq cəhdləri müddətində brendlər müştərilərin qəlbini və “cüzdanını” qazana bilər”. (Mallory Blumer, Stackla)

Səsli axtarış

“Səsli axtarış son dövrdə ən tez mənimsənilmiş texnologiyalardan biridir və bu müştərilərin dünya ilə əlaqəsinə təsir edir. Siz sual soruşanda, 10 dənə link yox, birbaşa cavabı alırsınız. Marketoloqlar əsas səs provayderlərə öz biznesləri haqqında məlumatları düzgün daxil etməlidirlər ki, müştəriləri düzgün cavabla təmin edə bilsinlər”. (Elizabeth Walton, Yext)

Dürüstlük

“Qəddar dürüstlük hazırki önəm daşıyan trenddir və bunun 2018-ci il boyu belə davam edəcəyini təxmin edirik. Marketoloqlar öz məhsullarının və xidmətlərinin üstün tərəflərini aydın ifadə edərək üstünlük əldə edə bilərlər. Bu ifadələr obyektiv müştəri baxışları ilə dəstəklənə bilər. Bu dürüstlük marka bütövlüyünə, güvənə və satışa çevrilir”. (Pat Scheckel, Singlewire Software)

Hesab əsaslı marketinq məzmunu

“Hesab əsaslı marketinq məzmunu B2B şirkətlərinə unikal insanları bir şirkət olaraq hədəfləməsinə kömək olacaqdır. Artıq marketoloqlar, mikro hədəflərlə, açılış səhifələri ilə, rəsmlərlə və ya hərəkətə keçirən mesajlarla, özəlləşdirilmiş məzmundan yararlanaraq, son dərəcə hədəflənmiş, bənzərsiz bir istifadəçi təcrübəsinə tək ölçülü bir yanaşmadan uzaqlaşma fürsətinə sahibdirlər”. (Tami McQueen, 31south)

Müştəriləri məlumatlandırmaq

“Qərar verənlər, məlumatlarla doludur və biz marketoloq olaraq, bir məlumatın digərindən fərqli olduğunu bilirik. Buna görə də, öyrətməyə çalışmalıyıq. Alıcılar satın almaq üçün öz üsullarını formalaşdırırlar və bizim açar kəlimələri göstərmə və önə çıxarmaq fürsətimiz var. Məzmun yaradaraq istədiyimizi əldə edə bilərik”. (MaryAnn Holder-Browne, One Network Enterprises)

İnflunser marketinq

“İnflunser marketinq 2017-ci ildən bəri trenddir. 2018-ci ildə, xüsusilə, daxili reklamverenlərin marketinqi və aktyorların yeni media satınalmalarında daha effektiv hərəkət etmələri üçün işgüzar fəaliyyətləri gözləyirik. Onu pozmaq üçün bir az vaxt lazımdır, ancaq indi başlaya bilərsiniz”. (Benjamin Trinh, Postmates)

Mənbə: Facemark.az