Mark Zuckerberg 2018-ci ili 19 milyard dollar ziyan ilə başa vurdu | Banco.az

Mark Zuckerberg 2018-ci ili 19 milyard dollar ziyan ilə başa vurdu

Əksər jurnallarda, uğurları ilə daim diqqət mərkəzində qalmağı bacaran Mark, son zamanların “uğursuz milyarderləri” siyahısında birincilik qazanıb. Facebook təsisçisi bu ilin ən uğursuzları siyahısında yer alan yeganə amerikalıdır.

2018-ci il, məhşur biznesmen üçün heç də ürək açan olmayıb. Sosial şəbəkələr üzərindən, informasiyanın sızması qalmaqalı hələ bir müddət Facebook şəbəkəsini və onun təsisçisini narahat edəcəyi görünür.

Forbes Real-time, ötən ilin 29 dekabr tarixindən, 2018-ci ilin 19 dekabr aralığında olan göstəriciləri müqayisə edərək siyahı hazırlayıb. Siyahının ilk pilləsində isə 18,7 mlrd itirən Mark Zuckerberg qərarlaşıb. Qeyd edək ki, Facebook təsisçisi ümumi olaraq 52,5 mlrd dollar civarında hesaba malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin aprel ayında, Facebook sosial şəbəkəsinin məlumat sızıntısına yol verdiyi məlum olub. 50 milyon istifadəçinin şəxsi məlumatının qorunmaması qeyd olunur. Bu ehtiyatsızlıq, M.Zuckerberg-in  bir neçə gün ərzində 8 mlrd dollar itirməsinə səbəb olub. Lakin Facebook təsisçisi, pul vəsaitinin itirilməsi ilə yanaşı Konqress qarşısında da cavab verməyə məcbur qalıb. Bütün səylərə baxmayaraq, Zuckerberg öz şəxsi büdcəsinin 15 milyardı ilə vidalaşıb. Buna səbəb isə investorların şəbəkə gəliri göstəricilərindən narazı qalmasıdır.

Həmçinin oxu: Mark Zuckerberg 1 gündə $2 mlrd qazandı