“S&P Global” hər il aktivlərinə görə, dünyanın ən böyük banklarının illik renkinqini dərc edir. Ötən ilki renkinqdə olduğu kimi bu ildə də siyahının ilk dördlüyündə Çin bankları yer almışdır.
“S&P Global” siyahıya Asiya, Şimali Amerika və Avropa ölkələrindən aktivləri 1 trilyon ABŞ dollarından çox olan 28 bankı əlavə etmişdir.
Ümumilikdə, 11 Avropa bankı, 11 Asiya bankı və 6 Şimali Amerika bankı 1 trilyon ABŞ dollarından çox aktivlərə malikdirlər. Dünyanın ən böyük bankları ilə tanış olun:
28. “UniCredit”, İtaliya — 1.004 trilyon ABŞ dolları
27. “Norinchukin” Bankı, Yaponiya — 1.006 trilyon ABŞ dolları
26. “ING Qrup”, Hollandiya — 1.02 trilyon ABŞ dolları
25. “Toronto-Dominion” Bankı, Kanada — 1.03 trilyon ABŞ dolları
24. “Royal Bank of Canada”, Kanada — 1.04 trilyon ABŞ dolları
23. “Lloyds” Bankçılıq Qrupu, Böyük Britaniya — 1.1 trilyon ABŞ dolları
22. “Postal Savings Bank of China”, Çin — 1.385 trilyon ABŞ dolları
21. “Bank of Communications”, Çin — 1.39 trilyon ABŞ dolları
20. “BPCE” Qrupu, Fransa — 1.51 trilyon ABŞ dolları
19. “Societe Generale”, Fransa — 1.5311 trilyon ABŞ dolları
18. “Barclays”, Böyük Britaniya — 1.5317 trilyon ABŞ dolları
Barclays-in CEO-su Jes Staley
17. “Mizuho” Maliyyə Qrupu, Yaponiya — 1.72 trilyon ABŞ dolları
16. “Banco Santander”, İspaniya — 1.74 trilyon ABŞ dolları
15. “Deutsche Bank”, Almaniya — 1.77 trilyon ABŞ dolları
14. “Sumitomo Mitsui” Maliyyə Qrupu, Yaponiya — 1.78 trilyon ABŞ dolları
13. “Citigroup”, ABŞ — 1.84 trilyon ABŞ dolları
12. Yaponiya “Post” Bankı, Yaponiya — 1.87 trilyon ABŞ dolları
11. “Wells Fargo”, ABŞ — 1.95 trilyon ABŞ dolları
10. “Credit Agricole”, Fransa — 2.12 trilyon ABŞ dolları
9. “Bank of America”, ABŞ — 2.28 trilyon ABŞ dolları
8. “BNP Paribas”, Fransa — 2.36 trilyon ABŞ dolları
7. “HSBC”, Böyük Britaniya — 2.52 trilyon ABŞ dolları
6. “JPMorgan Chase”, ABŞ — 2.53 trilyon ABŞ dolları
5. “Mitsubishi UFJ” Maliyyə, Yaponiya — 2.79 trilyon ABŞ dolları
4. “Bank of China”, Çin — 2.99 trilyon ABŞ dolları
3. Çin Kənd Təsərrüfatı Bankı, Çin — 3.24 trilyon ABŞ dolları
2. Çin Tikinti Bankı, Çin — 3.40 trilyon ABŞ dolları
1. Çinin Sənaye və Kommersiya Bankı, Çin — 4.00 trilyon ABŞ dolları
Moneta.az