2018-ci ildə Azərbaycanda banklar dolların satışını kəskin artırıb | Banco.az

2018-ci ildə Azərbaycanda banklar dolların satışını kəskin artırıb

2018-ci ildə Azərbaycanda banklar xarici valyuta ilə mübadilə əməliyyatlarını artırıb. 

Mərkəzi Bankın statistikasına əsasən, ötən il kredit təşkilatları tərəfindən 3 mlrd. 406 mln. 108,7 min dollar (2017-ci illə müqayisədə artım 93,6%) və 661 mln. 712,1 min avronun (artım 25,6%) satışı həyata keçirilib.

2018-ci ildə banklar əhalidən xarici valyutanın alış həcmini də artırıb. Banklar tərəfindən əhalidən 2 mlrd. 37 mln. 197,1 min dollar (artım 17,5%)  və 302 mln. 501,4 min avro (artım 48,1%) alınıb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ildə dolların orta mübadilə məzənnəsi 1,6999 AZN/ 1USD (2017-ci ildə 1,7145 AZN/ 1USD), avronun - 2,0004 AZN/1EUR (2017-ci ildə 1,9672 AZN/1EUR) təşkil edib.

2017-ci ildə banklar dollar satışı41,4%, alışı isə 32,3% azaldımışdı.

İnterfaks-Azərbaycan