2017-ci ilin sonuna doğru yaxınlaşırıq.Bu da o deməkdir ki, 2018-ci ilin sosial media strategiyalarını indidən təyin etməyə başlamalıyığ.2017-ci ildə sürətlə inkişaf etmiş olan Instagram-da növbəti il bizi nələrin gözlədiyini nəzərdən keçirək.
Alış-veriş Etiketləri
Instagram keçən noyabr ayından bəri alış-veriş etiketlərini test edir.Bu yaxın zamanlarda Shopify ilə etdikləri əməkdaşlıq sayəsində daha da geniş kütlələrə xitab etməyə başladı.2018-ci ildə da bu etiketlərin daha geniş şəkildə istifadə edilməsini gözləyə bilərik.
Vizual Axtarış
Facebook bir müddətdir ki, vizual axtarış funksiyası üzərində çalışmalar aparır.Vizual axtarış funksiyasının Instagram-a gəlməsi də bu proqnozlardan biri sayıla bilər.Əsas məqsədi vizuallıq olan Instagram-da şəkil vasitəsi ilə axtarış funksiyası əlbəttə ki,facebook-dan daha çox istifadə olunacaqdır.Artıq 2018-də Instagram istifadəçiləri yalnız axtarış sözləri və hashtag-lər ilə deyil, həm də vizual axtarış imkanı ilə axtarış edə biləcəklər.
İnkişaf etmiş Hekayələr (Stories)
Instagram Stories bu il ciddi bir yol qət etdi.Davamlı gələn yeni xüsusiyyətləri ilə hər gün daha çox istifadəçinin rəğbətini qazanan Hekayələr, görünür ki, növbəti il də bizi yeni xüsusiyyətləri ilə təəccüləndirəcək.Xüsusilə, 2018-də inteqrasiya edilmiş realizm ilə daha da əyləncəli hekayələr görə bilərik.
Insta 360
Facebook 360 dərəcə fotoşəkillərin daha asan çəkilməsi üçün bir müddətdir ki, çalışır.Bu işlərin nəticəsini 2018-də Instagram-da görə bilərik.Facebook-a nəzərən daha vizual yönümlü bir platformanın, 360 dərəcə fotoşəkillərə və videolara daha çox tələbatı vardır.Əgər həqiqətən 360 dərəcə fotoşəkillər Instagram-da məzmun halına gələrsə, ciddi bir əks - səda yaradacaqdır.
Insta Maps
Əgər stories(Hekayələr) oldusa Snap Maps-in fərqli versiyası niyə də olmasın? Üstəlik Instagram-ın bu xüsusiyyəti özünə əlavə etməsi çox da çətin olmaz.Hekayələrin qəbul olunduğuna və yer(məkan) xidmətlərinin istifadə edildiyinə görə, Instagram üçün növbəti addım bu ola bilər.
Tərcümə: Güllü Nağıyeva