AFB Bank maliyyə nəticələrini açıqlayıb
AFB Bank 2017-ci ilin ilk rübünü 875,70 min manatla başa vurub, bu haqda bankın maliyyə göstəriclərinə istinad edən Banco.az portalı məlumat verir.
Cari ili ilk rübünə olan məlumata əsasən, bankın xalis faiz gəlirləri 4 mln 538 min manat, qeyri faiz gəlirləri isə 2 mln 912 min təşkil etmişdir. Bankın cəmi əməliyyat mənfəəti 4 mln 420 min manat olduğu halda 3 mln 544 min manat civarında vəsait aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə xüsusi ehtiyatlar şəklində ayrılmışdır. Beləliklə AFB Bank ilin ilk rübünü 875,70 min manat xalis mənfəətlə başa vura bilmişdir. (Ötən ilin eyni dövrünə olan göstəricilər olmadığından analoji müqayisə aparmaq mümkün deyil).
Bankın balans göstəricilərinə əsasən, cəmi aktivlərin həcmi 317 mln 596 min manat təşkil edir. Müştərilərə verilən kreditlərin cəmi 210 mln 635 min manat civarındadır ki, onlardan 28 mln 746 min manat vəsait kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatların payına düşür. Cari ilin ilk rübünə bankın depozit portfeli 110 mln 434 min manat civarında formalaşıb.
Qeyd edək ki, cari ilin aprel ayının əvvəllərində bankın rəhbərliyinə yeni təyinat olmuşdur və hazırda Aydın Hüseynov idarə heyətinin sədri vəzifəsini icra edir (acting CEO). Aydın Hüseynov Egey Universitetinin tətbiqi riyaziyyat fakültəsinin məzunudur. Bundan öncə RabitəBank və TuranBankda məsul vəzifələrdə çalışıb.
Bankın əsas səhmdarı Gilan MMC-dir.
Könül Soltanova, Banco.az