2017-ci ilin 12 aylıq yekun maliyyə hesabatlarını dərc edən Beynəlxalq Bankın mənfəətdə olduğu ortaya çıxıb.
Sözügedən dövrdə 202,324 mln. manat xalis faiz gəliri, 332,321 mln. manat xalis qeyri-faiz gəliri olan bankın əməliyyat mənfəəti 534,645 mln. manat olub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 271,359 mln. manat azaldan Beynəlxalq Bank, bu yolla mənfəətini daha da artırıb.
Belə ki, ilin sonuna bankın xalis mənfəəti 806,004 mln. manata çatıb.
Qeyd edək ki, Beynəlxalq Bank-ın vəziyyəti 2017-ci ilin əvvəlində daha kritik idi və bankın sağlamlaşdırılması üçün restrukturizasiya tədbirləri həyata keçirilirdi. Bütün çətinliklərə baxmayaraq, həyata keçirilən tədbirlər banka müsbət təsirini göstərdi və bank, ili mənfəətlə başa vurmağı bacardı.