Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.
KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir.
Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.
Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, kapital adekvatlığı əmsalı 10%-ə, leverec əmsalı 5%-ə endirilmişdir.
Banco.az olaraq 2017-ci ilin ikinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:
Bank |
Kapital adekvatlığı |
VTB Bank Azərbaycan |
50,38% |
Expressbank |
42% |
Azər Türk Bank |
40,84% |
Gunay Bank |
38,79% |
Ziraat Bankı |
34,48% |
NBC Bank |
34,38% |
Bank BTB |
33,02% |
Rabitəbank |
31,52% |
Bank Avrasiya |
29,74% |
Amrahbank |
25,34% |
Atabank |
22,92% |
Bank Silk Way |
22,56% |
Turanbank |
18,7% |
ASB Bank |
17,27% |
Muğanbank |
15,89% |
Paşa Bank |
15,20% |
Yapı Kredi Bank Azərbaycan |
14,90% |
Xalq Bank |
14,82% |
Nikoil Bank |
14,64% |
Unibank |
13,62% |
Bank Respublika |
13,59% |
Bank of Baku |
12,68% |
Kapital Bank |
11,51% |
AGBank |
11,05% |
Dəmirbank |
9,46% |
AccessBank |
4,53% |
Qeyd edək ki, Beynəlxalq Bank maliyyə hesabatlarını açıqlamadığından siyahıda yer almayıb. AFB Bankın hesabatlarında isə bu göstərici qeyd olunmayıb.