2017-ci ilin büdcə gəlirləri və xərcləri açıqlandı | Banco.az

2017-ci ilin büdcə gəlirləri və xərcləri açıqlandı

Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layhəsi Milli Məclisin bügünkü plenar iclasında səsə qoyularaq təsdiqlənib.

Dəyişikliklər nəzərə alınmaqla, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,255 mlrd. manat, xərcləri 16,904 mlrd. manat həcmində təsdiqlənib.

ARDNF-dən dövlət büdcəsinə transfertlər 6,1 mlrd. manat həcmində nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1,515 mlrd. manat və ya 19,9% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 dollar/barel səviyyəsində nəzərdə tutulub.

Mənbə: Report.az