2017-ci ildə Sberbank 704 bank xidmətləri filialarını bağlamışdır. Bu haqda bankın ilin sonuna həsr olunmuş hesabatında deyilir. Belə ki, Sberbankın 2017-ci ilin yanvarın 1-də 15016 bank xidmətləri şöbələri olduğu halda 2018-ci ilin yanvarın 1-də şöbələrin sayı 14312 olmuşdur. 2017-ci ildə bankın hesabat ilindəki gəliri 674 milyard rubl olmuşdur. Bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur. 2017-ci ildə Sberbank həmçinin rekord həcmdə kredit vermişdir.
Bundan başqa Sberbankın vitse prezidenti Andrey Şarov 2019-cu ildən başlayaraq Bankın şöbələri tərəfindən Çoxfunksiyalı Dövlət Xidmətləri Mərkəzi(ÇDXM-ASAN xidmətin analogiyasıdır Rusiyada) funksiyasını icra etməyə başlayacaqdır. Başqa sözlə Şarovun TASS agentliyinə müsahibəsində 2019-cu ildən etibarən Sberbankdan pasport, sürücüluk vəsiqəsi ala bilər, mənzilinizi qeydiyyatdan keçirə bilərsiniz, eynilə Azərbaycanda ASAN xidmətdə olduğu kimi.
digitalazerbaijan.az