2017-ci ildə mənfəətdə və zərərdə olan banklar - CƏDVƏL | Banco.az

2017-ci ildə mənfəətdə və zərərdə olan banklar - CƏDVƏL

Bildiyimiz kimi hər bir şirkətin son məqsədi fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etməkdi, elə bankların da. Nəzərə alsaq ki, 2015-2016cı illər Azərbaycan iqtisadiyyatı üçün çətin dönəmlər oldu, bu dönəmlər də öz təsirini ilk növbədə bank sektoruna göstərdi. Banklar zərərdən yaxa qurtara bilmədilər, bir neçə bank isə müflis elan olunaraq bağlandı. Bankların əksəriyyəti 2016-cı ili zərərlə başa vurdu.

2017-ci ilin yekun hesabatlarına nəzər saldıqda isə görmək olur ki, banklar artıq çətin dönəmi tədricən geridə qoymağa başlayıb və mənfəətə keçiblər. Lakin bəzi banklar haqqında bunu demək olmayacaq. Belə ki, bir sıra banklar hələ də zərərlə işləməyə davam edir. Onlardan bəzilərinin zərəri isə olduqca çoxdur və kapitalını əritməyə davam edir. Bu isə onlar üçün təhlükə deməkdir. Yada salaq ki, belə banklardan biri də Dəmirbank idi. 2017-ci ildə maliyyə vəziyyəti yaxşı olmayan Dəmirbank-ın fəaliyyəti nəzarətçi orqan tərəfindən dayandırılmış və lisenziyası geri alınmışdı.

Bankların 2017-ci ilin "Mənfəət və zərər" hesabatlarını araşdırdıq və onları xalis mənfəətinin həcminə görə sıraladıq. Hansı bankların mənfəətdə, hansı bankların zərərdə olduğunu bilmək istəyirsinizsə hazırladığımız siyahı ilə tanış ola bilərsiniz:

Bank

Xalis mənfəət

(manat)

Beynəlxalq Bank

806.004.000

Kapital Bank

94.839.900

Paşa Bank

58.994.000

Xalq Bank

17.606.840

Yapı Kredi Bank Azərbaycan

10.110.000

Bank Avrasiya

6.350.760

VTB Bank Azərbaycan

4.753.090

ASB Bank

4.357.290

Gunay Bank

4.099.399

Ziraat Bankı

4.063.470

Unibank

4.044.000

NBC Bank

2.914.200

Expressbank

2.026.000

Bank Silk Way

1.600.480

Azər Türk Bank

1.144.000

Bank BTB

687.000

Atabank

362.328

Turanbank

-725.000

Nikoil Bank

-2.708.570

Muğanbank

-6.341.470

AGBank

-6.687.760

Amrahbank

-8.600.798

Bank Respublika

-10.518.000

Rabitəbank

-11.563.000

AFB Bank

-12.185.824

Bank of Baku

-35.428.000

AccessBank

-56.380.000

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən də gördüyünüz kimi banklarımızın əksəriyyəti mənfəətə çıxa bildiyi halda, bəziləri hələ də zərərdən yaxa qurtara bilməyib. 2 bank - Bank BTB və Bank VTB Azərbaycan isə ehtiyatlarını azaldaraq mənfəətə çıxmağı bacarıb.

Bütün bankların maliyyə göstəriciləri ilə buradan tanış ola bilərsiniz:

2017-ci il üzrə bütün banklarımızın maliyyə göstəriciləri