2017-ci ildə ən çox ziyarət edilən saytların adı açıqlanıb - Hesabat | Banco.az

2017-ci ildə ən çox ziyarət edilən saytların adı açıqlanıb - Hesabat

2017-ci ildə ən çox ziyarət edilən saytların adı açıqlanıb.

Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Similar Web”in hesablamalarına görə, unikal istifadəçilərin giriş sayına görə, ən məşhur resurs “Google” olub. İlk yüzlüyə, həmçinin üç rus saytı da daxil olub.

Hesabata görə, “Google.com”a Yer kürəsinin əhalisinin sayını belə ötüb keçən həmcdə unikal ziyarətçi daxil olub. Nə az, nə çox düz 26,7 milyard nəfər.

2017-ci ilin dekabr ayında fərdi kompüterlərdən “google.com”a daxil olan unikal istifadəçilərin sayı 733,6 milyon nəfər, mobil qurğulardan isə bu rəqəm 1,5 milyard istifadəçi olub.

Reytinqin ikinci pilləsində isə “Google YouTube” platforması olub, daxil olan unikal ziyarətçilərin sayı isə 22,9 milyard nəfər hesablanıb.

Top-100-yə “Google” saytının ayrı-ayrı ölkələrdə olan versiyaları da düşüb. Belə ki, 66-cı yerdə 2,4 milyard nəfər ilə hind google.co.in, 84-cü yerdə 1,8 milyard nəfər ilə Brazilya google.com.br, 85-ci yerdə isə 1,79 milyard nəfər ilə Almaniyanın google.de, 88-ci yerdə isə Britaniya google.co.uk düşüb. 1,77 milyard nəfər ilə.

Ən sərfəli kredit üçün müraciət et

İkinci yerdə isə 21,8 milyard nəfər ilə “Facebook” qərarlaşıb.14,83 milyard nəfər “Facebook” mobil qurğular vasitəsi ilə daxil olub. Bu göstəriciyə görə, o yalnız “Google”dan sonra ikinci olub.

Birinci yüzliyə, həmçinin üç rus saytı da daxil olub. Belə ki, “Vkontakte” yə 2017-ci ildə 2,4 milyard unikal ziyarətçi daxil olub. Bu göstərici ilə o yalnız 61-ci yerdə qərarlaşa bilib. 2,4 milyard nəfər ilə isə 68-ci yerdə qərarlaşan “Mail.ru”, 1,8 milyard nəfər unikal ziyarətçi ilə 82-ci yerdə “Yandex.ru” düşüb.

İkinci yüz reytinqə isə 106-cı yerdə qərarlaşan “Odnoklasnik ok.ru” düşüb. O, cəmi 2017-ci ildə 1,5 milyard unikal ziyarətçi toplaya bilib. Rusiya “Google.ru” isə 127-ci yerdə 1,2 milyard nəfər unikal istifadəçi ilə qərarlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et