2017-ci ildə Azərbaycanda əhalinin gəlirləri artıb | Banco.az

2017-ci ildə Azərbaycanda əhalinin gəlirləri artıb

2017-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3% artaraq 49 mlrd. 162,9 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 5050,5 manat və ya ayda orta hesabla 420,9 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44983,3 mln. manatlıq vəsait qalıb.