2016-cı ilin ən firavan ölkələri açıqlandı | Banco.az

2016-cı ilin ən firavan ölkələri açıqlandı

The Legatum Institute, 2016-cı ilin Qlobal Rifah indeksini açıqlayıb.

Bu indeks bütün dünya ölkələrində əhalinin həyat səviyyəsini müqayisə edir və müxtəlif meyarlar əsasında ən firavan ölkələri müəyyən edir. 

Rifah səviyyəsini təyin etmək üzrə indeks, ölkələri 9 meyar üzrə qiymətləndirir:

  1. İqtisadi keyfiyyət (ölkə iqtisadiyyatı, makro iqtisadi göstəricilər, sektorların vəziyyəti)
  2. İş mühiti (sahibkarlıq mühiti, innovasiya imkanları, iş bazarı)
  3. Siyasi mühit (rəhbərlik, demokratik mühit, hüquq)
  4. Təhsil (təhsil keyfiyyəti və sərmayəsi)
  5. Sağlamlıq (təməl fizika və ruh sağlamlığı və səhiyyə sisteminin quruluşu, qoruyucu tədbirlər)
  6. Təhlükəsizlik (milli və fərdi təhlükəsizlik)
  7. Şəxsi azadlıqlar (əsas hüquq və azadlıqlar, ictimai dözümlülük)
  8. Sosial kapital (ictimai əlaqələr, ictimai normalar, qeyri-hökumət)
  9. Təbii mühit (təbii mühitin keyfiyyəti, ətraf həssaslığı, qoruyucu tədbirlər)

Bu il onuncusu açıqlanan indeksə görə, 7 ildir siyahının bir nömrəsində olan Norveç taxtını əldən verib.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın rifah səviyyəsi ən yüksək 5 ölkəsi bunlardır: 

 

5. KANADA

 

4. İSVEÇRƏ

 

3.FİNLANDİYA

 

2. NORVEÇ

 

1. YENİ ZELANDİYA

Bizi facebook səhifəmizdən də izləyin