2016-cı ildə ən çox investisiya alan startuplar | Banco.az

2016-cı ildə ən çox investisiya alan startuplar

2016-cı ildə investorların qarşısına çıxaraq investisiya tələb edən bəzi startuplara milyonlarla dollarlıq dəyər verilib. 2016-cı ilin ən qiymətli startupı 1,8 milyard dollar dəyərlə Sprinklr oldu.

Gələcəkdə ideyalarından milyonlar qazanmağı düşünən bir çox startupçılar investorlarla görüşərək öz arzularını həyata keçirməyə çalışırlar. 2016-cı ildə də xüsusilə texnologiyasahəsindəki bir çox kiçik şirkətlər nəhənglər böyük şirkət olmaq üçün risk sərmayəsi şirkətlərindən investisiya almağa çalışdı.

Bəziləri bunu bacardı da. 2016-cı ilin ən çox dəyər verilən 10 Startupından beşinin bazar dəyəri hələ yolun əvvəlində 1 milyard dolları keçməyi bacara bildi.
PitchBook 2016-cı ilin ən çox investisiya alan startuplarını açıqladı.

1 – Sprinklr

startuplar
Verilən ümumi bazar dəyəri: 1,8 milyard dollar
Ən son investisiya edildiyi tarix: 20 iyul 2016
Aldığı ümumi investisiya miqdarı: 228, 5 milyon dollar

1,8 milyard dollarla 2016-cı ilin ən çox dəyər verilən tətbiqi olan Sprinklr sosial media proqramları yaradır.

2 – AppNexus

startuplar
Verilən ümumi bazar dəyəri: 1,6 milyard dollar
Ən son investisiya edildiyi tarix: 28 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 344 milyon dollar

AppNexus beynəlxalq dijital reklam idarəedicisi proqramları yaradır.

3 – Apttus

startuplar
Verilən ümumi bazar dəyəri: 1,59 milyard dollar
Ən son investisiya edildiyi tarix: 28 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 274 milyon dollar

Apttus nağd ödəmə üsulları üzərində işləyir.

4 – Gusto

startuplar
Verilən ümumi bazar dəyəri: 1,09 milyard dollar
Ən son investisiya edildiyi tarix: 10 noyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 176 milyon dollar

Kiçik müəssisələr üçün xüsusi olaraq hazırlanmış insan resursları proqramları hazırlayır.

5 – Carbon

startuplar
Verilən ümumi bazar dəyəri: 1,08 milyard dollar
Ən son investisiya edildiyi tarix: 15 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 222 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Carbon yüksək keyfiyyətli mexaniki hissələri çıxara bilən 3D printerləri istehsal edən bir şirkətdir.

6 – Asana

startuplar
Verilən ümumi bazar dəyəri: 600 milyon dollar
Ən son investisiya edildiyi tarix: 30 Mart 2016
Aldığı ümumi investisiya miqdarı: 88.51 milyon dollar

Asana layihə rəhbərliyi proqramları təqdim edən bir tətbiqdir.

7 – Hired

startuplar

Biçilən ümumi bazar dəyəri: 490 milyon dollar
Ən son investisiya etdiyi tarix: 11 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 103 milyon dollar

Hired texnologiya şirkətləri ilə ehtiyac duyduqları mühəndisləri, məhsul idarəçiləri, elm işçilərini, dizaynerləri və satış mütəxəssislərini bir araya gətirən bir platformadır.

8 – DataXu

startuplar
Verilən ümumi bazar dəyəri: 390 milyon dollar
Ən son investisiya edildiyi tarix: 25 yanvar 2016
Aldığı ümumi investisiya miqdarı: 93 milyon dollar

Reklam agentliklərinin ehtiyac duyduğu analizləri ani zamanda göstərir.

9 – Jana

startuplar
Verilən ümumi bazar dəyəri: 388 milyon dollar
Ən son investisiya edildiyi tarix: 18 Fevral 2016
Aldığı ümumi investisiya miqdarı: 94 milyon dollar

Jana reklam və sponsorluq qarşılığında inkişaf etməkdə olan ölkələrdə istifadəçiləri pulsuz internet əlaqəsi ilə təmin edir.

10 – Spredfast

startuplar
Verilən ümumi bazar dəyəri: 331 milyon dollar
Ən son investisiya edilən tarix: 1 İyun 2016
Aldığı ümumi investisiya miqdarı: 140,32 milyon dollar

Spredfast sosial media yönlü proqramları inkişaf etdirir.

©Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et