2016-cı ildə bu bankın xalis əməliyyat mənfəəti 79% artıb | Banco.az

2016-cı ildə bu bankın xalis əməliyyat mənfəəti 79% artıb

Türkiyənin ən böyük banklarından biri "Yapı Kredi"nin və Avropanın böyük bank qruplarından biri UniCreditin əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" QSC 2016-cı ilin sonu üzrəmaliyyə hesabatları ictimayyətə elan edib. Bankdan verilən məlumata görə, Yapı Kredi Bank Azərbaycan 2015-ci il ilə müqayisədə 2016-cı ildə xalis əməliyyat mənfəətini 79% artıraraq 19.316 milyon manata çatdırmışdır.

Bankın açıqladığı hesabatdan məlum olur ki, 2016-cı ildəqeyri faiz gəlirləri 25.782 milyon manat olmuşdur ki, bu da ötən illə müqayisədə 40.6% daha yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq qeyd etmək istərdik ki, mövcud iqtisadi şəraitdə bank 2016-cı ildə nağd pul ehtiyyatlarını da kifayət qədər artırmışdır. Belə ki, bu rəqəm 2015-ci il ilə müqayisədə 62.9% artaraq 250.484 milyon manat olmuşdur. Maliyyə hesabatlarını açıqlayarkən vəziyyəti şərh edən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri cənab Cenk Yüksel: “Azərbaycan iqtisadiyyatına yatırım etmək və bankçılıq sektorunda güvənli bir banka çevrilmək üçün illərdir Avropanın 17 ölkəsində olan təcrübəmizdən istifadə etməkdəyik.” şəklində açıqlama verdi.

 

Ən sərfəli krediti almaq üçün müraciət et