Bildiyimiz kimi, ÜDM önəmli iqtisadi göstəricilərdən biridir, adambaşına düşən ÜDM-nin yüksək olması isə həyat səviyyəsinin yüksək olmasından, ölkənin iqtisadi artımından və inkişafından xəbər verir.
Statistik göstəricilərə əsasən 2015-ci ildə adambaşına düşən ÜDM-nin həcminə görə ilk 10 yeri tutan ölkələr yaşam səviyyəsinin ən yüksək olduğu ölkələr siyahısına daxil olmuşdur.
Haqqında danışdığımız 10 ən varlı ölkə aşağıdakılardır:
1. Lüksemburq 96 269 $
2. İsveçrə 84 070 $
3. Qatar 81 603 $
4. Norveç 80 749 $
5. ABŞ 56 421 $
6. İslandiya 54 331 $
7. Sinqapur 53 604 $
8. Danimarka 52 822 $
9. Avstraliya 52 454 $
10. İsveç 49 582 $