2015-ci il dövlət büdcəsinin xərcləri 23 mlrd 807 mln manata çatıb
Bu gün Milli Məclisin plenar iclasında büdcə məsələsinə daxil olan altı qanun layihəsi qəbul edilib.
Parlamentdə çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, deputatların təklifləri də nərərə alınaraq bir neçə sahədə əlavə vəsaitlər ayrılıb.
2015-ci il dövlət büdcəsində elm xərcləri 8 milyon artırılıb. 2015-ci ildə elm xərcləri beləliklə, 150,5 milyon manata çatacaq. Bu da 2014-cü ilin göstəricisindən 3,6 milyon manat və ya 2,5 % çoxdur. Siaysi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı da danışmaq istəyirəm. 2014-cü ildə siyasi partiyalar ayrılan vəsaitin 10% qənaət nəticəsində 250 min manatı bölüşdürülməmiş qalmışdı. Bu məbləğ 2015-ci ildə siyasi partiyalar arasında tam şəkildə bölüşdürüləcək”.
Maliyyə naziri qeyd edib ki, 2014-cü il dövlət büdcəsində QHT-lərə əlavə vəsait 50 % artırılıb. “Bələdiyyələrə dotasiya ilə bağlı da təkliflər var idi. Hökümət tərəfindən təhlillər aparılıb. Bələdiyyələrin gəlirlərinin icrası qənaət-bəxş deyil. Onların gəlirlərinin icrası 89% olub, amma orta hesabla bunun 50-60% olduğu məlumdur. Ona görədə bələdiyyələrə dövlət büdcəsindən vəsaitlərin ayrlılması deyil, gəlirlərin artırılması digər şəraitlərin yaradılması nəzərəd tutulur. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi və icarəyə veriləməsi ilə mümkün olur. Bələdiyyələr daha yaxşı imkanlar yaradılmalıdır ki, onların gəlirləri artsın. Biz hesab edirik ki, vergi məcəlləsindəki dəyişiklik imkan verəcək ki, bələdiyylərin maddi təminatı xeyli güclənsin. Bu yeni dəyişiklik nəticəsində fiziki şəxslərin əmlak vergisindən 40 milyon manat əlavə vəsait daxil olacaq”.
Samir Şərifov bildirib ki, Milli Məclisin xərclər smetası ilə bağlı əlavə vəsaitin ayrılması təklifinə də baxılıb və parlamentə əlavə olaraq 450 min manat vəsaitin artırılmasına qərar verilib.
Qeyd edək ki, bununla da 2015-ci il dövlət büdcəsinin xərcləri ümumilikdə 23 milyard 807 milyon manata çatıb.