Banco.az saytı AİF-in cari ilin ilk rübünə aid olan statistik məlumatlarını təqdim edir. Fondun rəsmi saytına istinadən xəbər veririk ki, bu ilin yanvar-mart ayları ərzində cəmi ipoteka kreditinin 33.3%-i aylıq gəliri 1100 manatdan yuxarı olan şəxslərə verilib. Qeyd edək ki, borcalanlarının aylıq gəlirlərinə görə 6 pay bölgüsü müəyyənləşdirilib. 1) >1100 2) 900-1100 3) 700-900 4) 500-700 5) 300-500 6) <300 . Verilən kreditlərin 2.7%-i qazancları 300 manatdan aşağı şəxslərin payına düşüb.
Borcalanların 57.3%-i özəl sektorda çalışan işçilərdir. Yerdə qalan 42.7% isə dövlət qulluğunda fəaliyyət göstərirlər.
Bu ilin ilk aylarında da, əvvəlki illərdə olduğu kimi, evli şəxslər ipoteka kreditinin böyük faizini əldə ediblər. Belə ki, borcalanların 67.5%-ni evli, 32.5%-ni isə subay şəxslər təşkil edib.
Borcalanların cinsi mənsubiyyətində isə kəskin fərq hiss olunur. Bu ilin ilk rübündə 82.5% kişi, 17.5% qadın kredit əldə edib.
Güzəştli kateqoriyaya üzrə ən çox hərbi qulluqçular mənzil əldə edib (79.6%). Növbəti 2 pillədə isə dövlət qulluqçuları və məcburi köçkünlər qərarlaşıb (hər biri təxminən 8%). Elmlər namizədləri, idmançılar və şəhid ailələri isə yerdə qalan %-ləri bölüşdürüb.
Borcalanların yaşlarına görə pay bölgüsündə demək olar ki, bərabərlik müşahidə olunub: 36-dan yuxarı (30.7%), 18-29 yaş arası (34.4%), 30-35 yaş arası (34.9%).
Borcalanların iş yerinə bölgüsündə Dövlət Xidməti Sahəsi 32.8% yer tutub. Müvafiq dövr üçün borc götürənlərin 13.8%-i neft -qaz sektorunda, 23.8 %-i bank - maliyyə sektoruna, 29.6%-i isə müəssisə və firmalarda çalışan vətəndaşlar olub.