2014-cü ilin ən çox qazanan xanım müğənniləri | Banco.az

2014-cü ilin ən çox qazanan xanım müğənniləri

Müasir pop musiqisinin ulduzlarının gəlirləri təkcə konsert turları və disk satışından deyil, həm də fərdi bizneslər sayəsində formalaşır. Həmçinin reklam çəkilişlərini də unutmaq olmaz. Məşhurların gəlirlərini yenə də Forbes hesablayır.

Nəticədə 2014-cü ilin ən yüksık qonorar ödənilən xanım müğənnilərinin reytinqi belə formalaşır.

10. Britni Spears (20 milyon dollar)

Britninin son albomu platin statusu ala bilmədi – Onun karyerasında belə hal indiyə qədər olmamışdı. Əsas gəlirini  Britniyə Las Vegasdakı şou qazandırır, eləcə də  xanım müğənni televiziya layihələrində aktiv iştirak edir.

9. Lady Gaga ($ 33 milyon)

Öz populyarlığının zirvəsində olanda Lady Gaga ildə 90 milyon dollar qazanırdı. İndi isə onun gəlirləri xeyli azalıb. Budunda aldığı zədə səbəbindən onun dünya turu təxirə düşür, müğənninin üçüncü albomu ARTPOP isə ümidləri doğrultmur.

8. Celin Dion ($ 36 milyon)

 Daha gənc və qalmaqallı ifaçılardan fərqli olaraq, mətbuat bu xanıma elə də çox diqqət ayırma da Dion istər Avropada, istər də doğma Kanada sərhədlərində aktiv şəkildə qastrollara çıxır.

7. Mayli Sirus ($ 36 milyon)

İmicini dəyişməklə Mayli Bangerz albomunun satışına ciddi təkan vermiş oldu. Onun qalmaqalları və Wrecking Ball kompozisiyası üçün çılpaq çəkilişləri də satışların artmasında az rol oynamayıb.

6. Cennifer Lopez (37 milyon dollar)

Ən sərfəli kredit üçün müraciət et

Son zamanlar onun populyarlığı əhəmiyyətli dərəcədə aşağı düşüb, baxmayaq ki, bu il də o, А.К.А adlı albom buraxıb. Həmçinin televiziyada aktiv şəkildə görünməyə çalışıb.

5. Kety Perri ($ 40 milyon)

Perrinin gəlirlərini  - konsert və Pop Chips, CoverGirl kimi brendlər ilə imzalanmış müqavilələr formalaşdırır. Həmçinin Keti  iri qonorarlar müqabilində fərdi əyləncə gecələrində də fəal çıxış edir. 

4. Rianna ($ 48 milyon)

Olduqca uğurlu mahnılar, Eminem və Jay-Z kimi məşhurlar ilə birgə proyektlər Riannanın populyarlığına daha da güclü təkan olur. 37 milyondan artıq insan sosial şəbəkələrdə müğənnini izləyir. 

3. Pink ($ 52 milyon)

Baxmayaraq ki, KİV-də müğənninin adını getdikcə daha az çəkir, Pinkin gəlirləri ildən - ilə artır. Müğənninin illik gəlirləri 85-dən artıq konsertdə iştirak, albom satışı və reklam  nəticəsində formalaşıb.

2. Taylor Swift ($ 64 milyon)

Kantri üslubunda oxuyan ulduz Keds, Diet Coke və CoverGirl reklamlarında çəkilişdən yaxşı qazana bilib.  Bundan əlavə müğənninin yeni albomu elə ilk həftədə 1 milyondan çox nüsxədə satılıb.

1. Beyonce ($ 115 milyon).

Beyons – ötən ilin ən çox qazanan müğənnisidir. Yola saldığımız ili onun karyerasının həm də ən gəlirli ili adlandırmaq olar.  Gəlirlərin başlıca hissəsi konsert fəaliyyətindən irəli gəlib, həmçinin 2014-cü il ərəfəsində buraxılmış albom çox uğurlu alınıb.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et