2014-cü ildə Sinqapur dünyanın ən bahalı şəhəri statusunu qazanıb | Banco.az

2014-cü ildə Sinqapur dünyanın ən bahalı şəhəri statusunu qazanıb

2004-cü ildə Sinqapur yaşayışın dəyərinə görə dünya ölkələri sırasında 18-ci yerdə qərarlaşmışdı.

2014-cü ildə isə Sinqapur dünyanın ən bahalı şəhəri hesab olunur. Bu status Böyük Britaniyanın “The Economist — Economist Intelligence Unit (EUI)” nəşriyyatının analitik mərkəzi tərəfindən aparılan tədqiqatın nəticələri əsasında müəyyən olunmuşdur.

Kommunal xidmətlərin və avtomobil xidmətlərinin yüksək qiymət müqabilində təklif olunması nəticəsində Sinqapur dünyanın ən bahalı şəhərləri siyahısına liderlik etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, siyahıda Paris, Oslo, Sürix və Sidney şəhərləri də yer almışdır. 6-9-cu yerlərdə isə uyğun olaraq, Tokio, Karakas, Cenevrə və Melbrun şəhərləri qərarlaşmışdır. Qeyd edək ki, adları çəkilən son 4 ölkədə həyat səviyyəsi indeksi eynidir. Kopenhagen şəhəri isə 15-ci pillədən 10-cu pilləyə qədər yüksəlmişdir.

Hindistanın iri şəhərləri, habelə, Karaçi (Pakistan), Dəməşq (Suriya) və Katmandu (Nepal) şəhərləri yaşayış üçün dünyanın ən ucuz şəhərləri sırasında yer alırlar.

Sevinc Ibadova| Banco.az