"2-ci zavod üçün yekun qərar gələn il veriləcək" | Banco.az

"2-ci zavod üçün yekun qərar gələn il veriləcək"

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu layihə də digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq".

Bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

A.Məmmədov onu da deyib ki, 1,8 milyard ABŞ dolları sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinə 2020-ci ilin I yarısında başlanılması planlaşdırılır: "BP və “SOCAR Türkiyə”nin həyata keçirəcəyi layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi nəzərdə tutulur. "Merkuri" adlanacaq layihə üzrə hazırda texniki sənədləşdimə prosesi aparılır: Nəticələr müsbət olsa, 2020-ci il ərzində son maliyyə qərarı veriləcək və tikinti işlərinə start veriləcək. Yeni müəssisənin tikintisi 5 ilə yaxın vaxt apara bilər və onun istifadəyə verilməsi 2024-2025-ci illərdə baş tuta bilər". 

Report.az