2 ayda neft ixracından 2 milyard dollar gəlir əldə edildi | Banco.az

2 ayda neft ixracından 2 milyard dollar gəlir əldə edildi

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 5,694 milyon bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir. 

Məlumata görə, ötən 2 ayda ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi dəyəri 2,044 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə icracın həcmi 0,3 % artıb, dəyəri isə 25 % azalıb.

Sözügedən məhsulların Azərbaycanın ümumi ixracında payı 83,9 % olub.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et