190 manatlıq birdəfəlik ödəmə almaq üçün yenidən müraciət edilməlidirmi? - RƏSMİ | Banco.az

190 manatlıq birdəfəlik ödəmə almaq üçün yenidən müraciət edilməlidirmi? - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən sualları cavablayıb.

Banco.az xəbər verir ki, Fazil Talıbovun sözlərinə görə, ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

F.Talıbov, eyni zamanda, qeyd edib ki, ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq. Beləliklə birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et