19 yaşlı Markın gözləntiləri | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

19 yaşlı Markın gözləntiləri

Bugün CNBC-nin 19 yaşlı Mark Zuckerberglə müsahibəsindən 11 il keçir. 2004-cü ildə “The Facebook” adlı sosial şəbəkə haqqında gənc Marka CNBC’in “Bullseye” proqramında bir neçə sual ünvanlanır. Ondan bu layihənin gələcəyi ilə bağlı nə düşünüdüyünü soruşurlar. 19 yaşlı gənc cavab verir: “Biz şəbəkəni qısa müddətdir ki, yaratmışıq. Şəbəkəni yeni istifadəyə verərkən yeganə istəyimiz onun ətrafında yaxın zamanda 400-500 nəfər toplamaq idi. İndi təxminən 100.000 nəfər istifadəçimiz var. Kim bilir, bəlkə gələcəkdə, Facebook abunəçilərinin sayı artacaq və biz daha böyük uğurlara imza atacağıq.”

11 il keçib və Facebook-da artıq 1.4 mlrd istifadəçi qeydiyyatdan keçib. Markın varidatı isə 35mlrd$ -a bərabərdir.