19 bankın qeyri-faiz gəlirləri artıb | Banco.az

19 bankın qeyri-faiz gəlirləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Rabitəbank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Amrah Bank", "Zıraat Bank Azərbaycan", "Günay Bank"  və "Nikoyl Bank"dır. Ən az azalma "Rabitəbank"da (0,5%), ən çox azalma isə "Nikoyl Bank"da (26,8%) qeydə alınıb.

2 bank - "Access Bank" və "Bank VTB Azərbaycan" bu ilin 9 ayında qeyri-faiz gəlirləri əldə etsə də, ötən ilin eyni dövründə qeyri-faiz zərəri ilə üzləşib, 1 bank - Pakistan Milli Bankının Bakı filialı isə bu ilin yanvar-sentyabar aylarında qeyri-faiz gəlirləri əldə etsə də, ötən ilin eyni dövründə əldə etməyib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 19 bankın isə qeyri-faiz gəlirləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Xalq Bank"da (3,5 dəfə), ən aşağı dinamika isə "AGBank"da və "Bank BTB"də (0,5%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

6 bankın qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri 50 milyon manatdan çox olub.

Həmin banklar "Kapital Bank" (113,274 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (100,335 milyon manat), "PAŞA Bank" (51,756 milyon manat), "Bank Respublika" (36,943 milyon manat), "Access Bank" (25,581 milyon manat) və "AGBank"dır (23,578 milyon manat).

Qalan 24 bankdan 6-da qeyri-faiz gəlirləri 10-20 milyon manat arasında, 16 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

"Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et