18 yaşında milyonçu olan Erik Finman | Banco.az

18 yaşında milyonçu olan Erik Finman

Məktəbdən və müəllimlərindən nifrət edən Erik Finman 18 yaşında milyonçu olub.

Publika.az xarici mətbuata istinadən 18 yaşında öz səyləri nəticəsinlər milyonlar qazanan Erik Finmanın həyat hekayəsini təqdim edir.

12 yaşında məktəbdə aldığı təhsildən qane olmayan Finman ailəsiylə müqavilə imzalayır. Müəllimlərindən nifrət edən Erik Finman valideynləri ilə mərcə girərək milyoner olacağına söz verir. Oğlan sözünün üstündə dayanır. O, 18 yaşına çatanda artıq kifayət qədər sərvəti olan milyonçu idi. Üstəlik bunun üçün nə məkbətə gedib təhsil alır, nə də işləyir.

Yeri gəlmişkən qeyd edək ki, Erik bu addımını müəllimlərinin mənfi münasibətlərindən və zəhlətökən davranışlarından bezməsi ilə izah edib. Erikin sözlərinə görə, müəllimləri ona məktəbi atıb “Macdonalds”da işləməsini məsləhət görüb. Ailəsi əvvəlcə oğlanın bu qərarına müsbət yanaşmayıb. Ancaq oğullarının əlindəki pulu yaxşı dəyərləndirdiyini görəndə razı olublar. Finman 12 yaşında ailəsinin verdiyi 1000 dollar pulu “Bitcoin”ə yatırıb.

2011-ci ildə Erik Finman iki ildə sərvətini 100 dəfə artıraraq ilk uğurunu qazanır. 2013-cü ildə “Bitcoin”lərini 100 min dollardan daha baha satan Finmanın növbəti cəhdi isə olduqca maraqlıdır.

O, özü kimi müəllimlərindən və təhsildən qane olmayanlar üçün qurduğu “Botangle” adlı şirkətə 100 min dollar yatırır. İnvestisiyanı böyütmək istəyən Finman risk kapitalı tapmaq üçün “Silikon Vadisi”nin yolu ilə getməyə qərar verir. “Silikon Vadisi”ndə “Reddit”in banisi Aleksis Ohanianla tanış olur.

Gənc sahibkar bu dövrdə yaşadığı ən böyük çətinliyin yaşı ilə bağlı olduğunu deyib. Erikin sözlərinə görə, 15 yaşında olduğu üçün onu insanlar ciddi qəbul etmirdi. Hətta yüksək səviyyəli “Uber” rəhbəri oğlanın cəsarətini qırmaq və işə yaramaz kimi göstərmək üçün xeyli səy göstərib.

Finman yenə də əl çəkməyərək 2015-ci ilin yanvarında “Botangle” texnologiyasını 100 min dollar və ya 300 Bitcoin qarşılığında (60 min dollar) almaq istəyən bir investor tapır. O, “Bitcoin”in qiymətini 2500 dolları keçməsi ilə milyonçu olur.

Ən sərfəli kredit üçün müraciət et

18 yaşında 1.09 milyon dollar sərvətə sahib olan Erik Finman ailəsiylə girdiyi mərci qazanır və liseyi belə bitirmədən məktəbi atır. Ancaq o, uğur hekayəsi sayəsində ən məşhur jurnalların səhifələrini bəzəyir.

Erik Finman hazırda NASA-nın yeni raket atma layihəsi ELaNa proqramında məsləhətçi kimi çalışır. Və təhsilini davam etdirmək niyyəti olmadığını deyir. Erik Finman artıq təkcə özünün deyil, ailəsinin maliyyə investisiyalarını da idarə edir və mühüm şəxslərə bu barədə məsləhət verir.

18 yaşlı gənc milyonçu dünyanın müxtəlif yerlərində konfranslar verməyə davam edir.

Bitcoin nədir?

Bitcoin - rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir. Bitcoinin əldə edilməsi prosesi “mayninq” adlanır. Ehtiyatı şəxsi kompüteriniz vasitəsilə də yarada bilərsiniz. Bunun üçün sadəcə ödənişsiz olaraq müştəri proqramını yükləmək lazımdır. Bitcoinlərin əldə edilməsi alqoritmi elə formada layihələndirilib ki, “qəpiklərin” ümumi miqdarı 21 milyon vahiddən artıq ola bilməz. Buradan belə bir nəticə alınır ki, bitcoin ehtiyatları da qızıl kimi tükənəndir və bu da öz xüsusiyyətinə görə dövlətlərin milli valyutalarından fərqlənir. Çünki milli valyutalar istənilən miqdarda buraxıla bilər. Alqoritm daimi olaraq buraxılan bitcoinlərin sayını azaldır. Ümumi mənada yeni bitcoinlərin əldə edilməsi prosesi təxmini olaraq 2140-cı ildə baş tutacaq.

Bitcoinin digər valyutalardan digər bir fərqi isə onun vahid emissiya mərkəzinin olmamasındadır. Bu halda emissiya elan edilmiş qrafik üzrə aparılır.

Son il ərzində bitcoinlərin dəyəri bir neçə on dollardan bir neçə yüz dollar arasında dəyişib. 2013-cü ilin aprelində isə qiymətlərin ən pik nöqtəsi yaşandı və bir bitcoin qəpiyinin dəyəri 260 dollar idi. Lakin doğrudur, tezliklə qiymətlər endi və qəpiklərin çapa verilmə anında dəyəri təxminən 120 dollar idi. Bitcoinlərin rahat şəkildə əldə edilməsi istifadəçinin istifadə etdiyi kompüterin gücündən asılıdır. Adi fərdi kompüter vasitəsi ilə hər 10 dəqiqədə 50 bitcoin əldə etmək mümkündür.

Müəllif: Aytən

Ən sərfəli krediti almaq üçün müraciət et