18 milyard dollar qazandıran e-mail | Banco.az

18 milyard dollar qazandıran e-mail

Tamara Mustafayeva, Banco.az

22 sentyabr 2007-ci ildə San-Fransisko şəhərində keçirilən bir konfransa gələnlərin yer tapa bilməməsindən sonra 26 yaşlı Joe adlı bir gənc yaxın dostu Brian-a mail göndərərək evlərini kirayə verib "bir neçə dollar qazana biləcəklərini" söyləyir. Joe Gebbia və Brian Chesky sözügedən konfrans sayəsində bir neçə dollar qazanırlar. Daha sonra isə bu ideya 18 milyard dollarlıq bazar dəyərinə sahib "Airbnb" şirkətinə çevrilir. Bu gün dostların hər birinin 3 milyard dollar dəyərində şəxsi sərvəti var. 

AirBnB

Bəzən uğurlu və zəngin insanların həyat hekayələrini oxuduğumuz zaman bu insanları uğura aparan fikir və ya qərarların çox sadə olduğunu görə bilirik. İstifadəçilərinə evlərini otel otağı kimi kirayə vermək imkanı yaradan Airbnb bəlkə də bir çox insana sadə görünən "milyard dollarlıq ideyaların" ən mühümlərindən biridir. Söhbət Airbnb şirkətinin təməlini qoyan və məhz 13 il əvvəl göndərilən aşağıdakı e-mail-dən gedir.

Şirkətin həmtəsisçisi Joe Gebbia 2007-ci ildə hələ öz həyat yolunu tamamilə müəyyənləşdirməmiş 26 yaşlı gənc ikən San-Fransisko şəhərində bir dizayn konfransı keçiriləcəyini öyrənir. Konfransa şəhər xaricindən gələcək insanlar isə otellər dolu olduğu üçün gecələməyə yer tapa bilmirlər.

Odur ki, Gebbia bu insanların gecələməsini təmin etməklə bir az pul qazana biləcəklərini düşünür və ən yaxın dostu və eyni zamanda otaq yoldaşı olan Brian Chesky-ə 22 sentyabr 2007-ci il tarixində aşağıdakı məzmunlu mesajı göndərir:

Ən sərfəli kredit üçün müraciət et

"Brian, bir neçə dollar qazana biləcəyimiz bir fikrim var - evimizi "dizaynerlər üçün yataq və səhər yeməyi" təklif edən bir yerə çevirərək şəhərə gələn gənc dizaynerləri dörd günlük tədbir boyunca kabelsiz internet, kiçik çalışma masası, yer yatağı və səhər yeməyi ilə təmin edək. Hə!"

Üç şərik oldular

Dostlar bu formada bir az pul qazanmağa nail olurlar və daha sonra Nathan Blecharczyk ilə birlikdə bu biznes modelini yeni layihəyə çevirərək Airbnb şirkətini təsis edirlər. Bu gün şirkət 18 milyard dollarlıq bir nəhəngə çevrilib.

Qeyd edək ki, Joe Gebbia sözügedən mail-i bir neçə il əvvəl bir çıxışı zamanı göstərmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et