Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 16 min 925 ipoteka krediti verib.
AİF-dən Banco.az portalına bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 681 milyon 863 min 978 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.